Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:19

Azərbaycan ATƏT, AŞPA və Avropa Parlamentinə nota verib


XİN beynəlxalq qurumlardan qeyri-qanuni aktı diqqətlə araşdırmağı xahiş edib

XİN beynəlxalq qurumlardan qeyri-qanuni aktı diqqətlə araşdırmağı xahiş edib

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanda keçirilən prezident seçkiləri zamanı Azərbaycanın işğal olunmuş ərazilərində-Dağlıq Qarabağda və ətraf rayonlarda seçki məntəqələrinin yaradılması və orada «səsvermənin» təşkili ilə bağlı ATƏT, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamentinə nota göndərib.


Nazirlik notada bildirir ki, bu akt Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını bir daha təsdiqləyir.


XİN qeyd olunan beynəlxalq qurumlardan bu qeyri-qanuni aktı diqqətlə araşdırmağı, öz hesabatlarında nəzərə almağı və müvafiq ölçülər götürməyi xahiş edib.


Ermənistanda fevralın 19-da prezident seçkiləri keçirilib. Rəsmi məlumatlara görə baş nazir Serj Sərkisyan səslərin 52%-dən çoxunu toplayaraq qalib gəlib. Ölkə müxalifəti isə seçkinin nəticəsini tanımır.


Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və onun ətrafındakı yeddi rayonu işğal edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG