Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:49

«İçərişəhər tikinti meydanına çevrilib»


«Yaxın 5 ilə yəqin ki, İçərişəhər qoruğunun quru divarları qalacaq»

«Yaxın 5 ilə yəqin ki, İçərişəhər qoruğunun quru divarları qalacaq»

«Bizim Yol» yazır ki, İçərişəhəri nə qanun, nə də insanlar qoruyur.


«İçərişəhər öz əhəmiyyətinə görə dünya əhəmiyyətli abidə hesab olunur. YUNESKO-nun qorunan abidələr siyahısına daxil edilən İçərişəhərdə 600 yerli, 28 ölkə və 3 beynəlxalq əhəmiyyətli abidə yerləşir. O, düz 30 ildir qoruq statusundadır».


Bundan başqa «Tarix və mədəniyyət abidələrinin qorunması haqqında» qanun qoruğun ərazisində tikinti işlərini qadağan etməklə yanaşı, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsini, uçurulmasını və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılmasını qadağan edib.


Qəzet yazır ki, bu hüquqi normativlərə məhəl qoymadan hazırda İşərişəhərdə intensiv sökmə-tikmə əməliyyatları gedir. Bu əməliyyatlara «dur» deyən tapılmasa, yaxın 5 ilə yəqin ki, İçərişəhər qoruğunun quru divarları qalacaq.


Narkotik istifadəçilərinin və QİÇS xəstəliyinin artması millət vəkillərini narahat edir. Bunu «Yeni Azərbaycan» yazıb.


Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli bildirib ki, narkotika və QİÇS-lə mübarizəyə qarşı qəbul olunmuş qanunlarda boşluqlar var. Bunun nəticəsində də narkotika istifadəçilərinin sayı azalmır. «Səhiyyə Nazirliyinin araşdırmasına görə, əvvəllər QİÇS xəstəliyinin daşıyıcılarının 70 faizi narkoman olub. 2006-cı ildə bu rəqəm 53 faizə ensə də, ötən il 63 faizə yüksəlib».


Deputat Zahid Oruc «Üç nöqtə»yə deyib ki, «ermənilər Azərbaycanın bir qrup yazıçısını beynəlxalq axtarışa verib».


«Erməni yazıçısı Zori Balayanın əməlləri sübuta yetirib, bəs ermənilər Azərbaycanın hansı yazıçısının əməlini sübuta yetirib» sualına Zahid Oruc belə cavab verib: «Mən həmin yazıçıların adlarını açıqlamaq istəmirəm. Onu deyə bilərəm ki, ermənilər həmin yazıçıların Azərbaycanı tərənnüm edən, xalqın hüquqlarını ifadə edən poetik fikirlərini terorrun stimullaşdırılması, terrora ideoloji zəmin yaradan amillər kimi qələmə veriblər. Ona görə də, Azərbaycan erməni terrorçularının həbs olunub ölkəmizə təhvil verilməsilə bağlı məsələ qaldıran kimi, ermənilər də buna əks addım kimi yuxarıda dediyim məsələyə dair sənədləri beynəlxalq təşkilatlara, İnterpola göndərməyə başlayırlar».


Günün bütün mövzuları

XS
SM
MD
LG