Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:31

«Hiss edirik ki, Qənimət Zahidə iş veriləcək»


«Sərhədsiz reportyorlar» təşkilatının əməkdaşı Elza Vidal

«Sərhədsiz reportyorlar» təşkilatının əməkdaşı Elza Vidal

«Sərhədsiz reportyorlar» beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatı prokurorun «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidə 5 il iş istəməsindən narahatdır. Təşkilatın təmsilçisi Elza Vidal «Azadlıq» radiosuna deyib ki, baş redaktorun həbsi onun yazılarında dövlət başçısını tənqid etməsi ilə əlaqədardır: «Biz Qənimət Zahidin işi ilə bağlı çox narahatıq. Bildiyimiz kimi, prokuror ona 5 il iş istəyib. Hiss edirik ki, jurnalistə iş veriləcək. Bizcə bu vəziyyət prezident Əliyev və onun yaxınları ilə bağlı yazılarla əlaqədardır».


Qənimət Zahidin qardaşı Mirzə Sakitin də həbsinə diqqəti çəkən Vidal deyir ki, «Qənimət Zahidlə bağlı məhkəmə də qəzetlə və bu iki qardaşla bağlı olan kampaniyanın bir hissəsidir».


«Azadılq» qəzetinin baş redaktoru Qənimət Zahid 2007-ci ilin noyabrında həbs edilib. O, xuliqanlıqda və xəsarət yetirməkdə ittiham olunur. Jurnalist isə həbsinin peşə fəaliyyəti ilə əlaqədar olduğunu bildirir. Beynəlxalq insan hüquqları təşkilatları dəfələrlə jurnalistin həbsini pisləyib və onun dərhal azad olunmasını tələb ediblər.


Fevralın 19-da Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə prokuror Qənimət Zahidin beş il azadlıqdan məhrum edilməsini istəyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG