Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 10:42

Serj Sərkisyanın qələbəsi elan edildi


Sərkisyan 2007-ci ildən Ermənistanın baş naziridir. Respublika Partiyasının sədridir
Sərkisyan 2007-ci ildən Ermənistanın baş naziridir. Respublika Partiyasının sədridir

Ermənistanda prezident seçkisində Serj Sərkisyan qələbə çalıb. Bunu Ermənistan Mərkəzi Seçki Komissiyası elan edib. Komissiyanın məlumatına görə Sərkisyan səslərin 52%-dən çoxunu yığıb.


İkinci yerdə keçmiş prezident Levon Ter-Petrosyan gəlir. O, 21,5% səs toplayıb.


Levon Ter-Petrosyanın təşəbbüsü ilə Yerevanda müxalifət etiraz aksiyası keçirir. Mümkün iğtişaşların qarşısını almaq üçün şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Prezidentin iqamətgahı, parlament binası və başqa dövlət binaları ətrafında polis dəstələri, zirehli maşınlar düzülüb.


***


Serj Sərkisyan 1954-cü ildə Dağlıq Qarabağda anadan olub. Yerevan Dövlət Universitetini bitirib. 1993-cü ildə Ermənistanın müdafiə naziri təyin edilib, daha sonra daxili işlər və milli təhlükəsizlik naziri vəzifələrində çalışıb.


2007-ci ildən Ermənistanın baş naziridir. Respublika Partiyasının sədridir. Evlidir, iki uşağı var.



AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG