Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:57

Məhkəmə jurnalist barədə ölüm hökmünü qüvvədə saxladı


Jurnalistə ölüm hökmünü İranın Bəluçistan vilayətinin İnqilab Məhkəməsi verib

Jurnalistə ölüm hökmünü İranın Bəluçistan vilayətinin İnqilab Məhkəməsi verib

Fevralın 19-da İranın Ali Məhkəməsinin təmsilçisi Əlirza Cəmşidi bəluç jurnalist və hüquq müdafiəçisi Yaqub Mehrnəhada çıxarılmış ölüm hökmünün qüvvədə saxlandığını bildirib.


Ali Məhkəmənin sözçüsü ölüm hökmü ilə nəticələnən ittihamları açıqlamayıb. Lakin, o, məsələnin apelyasiya məhkəməsinə verilə biləcəyini də rədd etməyib.


Mətbuat konfransında çıxış edən məhkəmə nümayəndəsi bildirib ki, 5 aydır ETTELAAT-ın həbsxanasında saxlanan cənab Mehrnəhad tələbə hərəkatında iştirak etdiyi və mətbuat fəaliyyətlərinə görə yox, «Condollah» silahlı dəstələrilə əməkdaşlığa görə edama məhkum olunub.


«Condollah» qrupu İranın cənub-şərq və Pakistan sərhədində yaşayan bəluçların milli hüquqlarını müdafiə etdiyini iddia edir və Tehran hökumətinə qarşı silahlı mübarizə aparır.


İranın Bəluçistan vilayətinin İnqilab Məhkəməsi Yaqub Mehrnəhadı hökumət əleyhinə vuruşan silahlı dəstələrlə əməkdaşlıqda günahlandırıb və jurnalistin edama məhkum etmişdi.


Bu haqda məlumat verən «Fərda» radiosu bildirir ki, «Ədalətin səsi» adlı qeyri-hökumət insan haqları təşkilatına rəhbərlik edən jurnalist silahlı dəstələrlə əməkdaşlıq ittihamını rədd edərək məhkəmənin ona sivil fəaliyyət apardığı üçün hökm oxuduğunu bildirmişdi.


Bəluç hüquq müdafiəçilərindən Murtuza Sünniyari fevralın 19-da «Fərda» radiosuna verdiyi müsahibədə bildirib ki, Mehrnəhad və «Ədalətin səsi» cəmiyyətinin gənc üzvləri İranın ən yoxsul vilayəti sayılan Bəluiçistan əhalisinə yardım məqsədilə geniş fəaliyyət aparırdı:


«Onlar kasıb ailələrdən olan qadın və uşaqlara yardım edir, savad və ictimai şüuru yüksəltməyə çalışırdılar. Gənclər həmçinin şəraitin ağırlığından özünü yandırmaqla intihar edən qadınların ailələrini axtarıb tapır və tez-tez baş verən bu kimi intiharların səbəbini araşdırırdılar».


Günün bütün mövzuları

XS
SM
MD
LG