Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:20

«Heç kim Mətbuat Şurasının fəaliyyətindən razı qala bilməz»


«İqtidar Şuranın möhkəmlənməsində maraqlı deyil»

«İqtidar Şuranın möhkəmlənməsində maraqlı deyil»

«Bütün dünya Mirzə Sakiti vicdan məhbusu sayır. Ancaq Azərbaycan iqtidarı və Mətbuat Şurasının rəhbəri bildirir ki, Mirzə Sakit jurnalist fəaliyyətinə görə həbs edilməyib».


«Azadlıq» qəzetinin direktoru Azər Əhmədov deyir ki, Mətbuat Şurası (MŞ) yarananda bütün media əhli düşünürmüş ki, artıq mətbuatla rəsmi şəxlər arasında yaranan problemlər məhkəmələrdə deyil, qurum çərçivəsində həll ediləcək. Başqa sözlə, MŞ hakimiyyətlə media arasında körpü rolunu oynayacaq. Ancaq bu körpü özünü doğrultmayıb: «Azadlıq» qəzeti Xaqani- 33 ünvanından çıxarılanda Mətbuat Şurası nəzdində bir qurum yarandı. Həmin qurum Əmlak Komitəsi, Prezident Aparatı ilə danışıqlar aparırdı ki, «Azadlıq» qəzetinə Xaqani- 33-ün qarşılığında başqa bir yer verilsin. Bizə xəbər verdilər ki, artıq hər şey həll olunub, çıxarılmağınız labüddür, ancaq narahat olmayın sizə mütləq bina veriləcək».


Azər Əhmədov 2006-cı il noyabrın 25-də qəzetin Xaqani-33 ünvanında yerləşən binasından çıxarılmasını belə xatırlayır. Onun sözlərinə görə, qəzetlə bağlı hər hansı problem yarananda bir qayda olaraq Mətbuat Şurasına müraciət ediblər. Ancaq qurumun reaksiyası baş verənləri pisləyən bəyanatlardan uzağa getməyib.


2007-ci ilin dekabrında MŞ-nın səlahiyyət müddəti bitib. Ancaq hələ də medianın özünütənzimləmə qurumu olan Şuranın növbəti qurultayının nə zaman keçiriləcəyi bəlli deyil.


2003-cü ildə yaradılan və üzərinə medianın sağlamlaşdırılması missiyasını götürən Mətbuat Şurası fəaliyyəti müddətində özünü doğrulda bilibmi? Onun bir institutut kimi saxlanmasına ehtiyac varmı?


MŞ İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqovun sözlərinə görə, Şura reket jurnalistikasının qarşısının alınması, medianın iqtisadi dayaqlarının gücləndirilməsi yönündə mümkün ola biləcək bütün işləri görüb: «Mətbuat Şurasından radikal addımlar gözləmək, medianın problemlərini bir həmlədə çözmək hələ tezdir».


Mətbuat Şurasının təsisçilərindən olan «Turan» İnformasiya Agentliyinin direktoru, Şuranın İdarə Heyətinin daha bir üzvü Mehman Əliyevin fikrincə isə, nə jurnalistlər, nə də bütünlükdə cəmiyyət sözügedən qurumun fəaliyyətindən razı qala bilməz. Çünki MŞ yarananda Azərbaycan mətbuatının problemləri indikindən daha az idi: «Şura yarananda müstəqil, azad media qurumları vardı. Vaxt ona gətirib çıxardı ki, Azərbaycanda müstəqil medianın sayı kəskin azaldı. Bu da mediadakı ümumi ab-havaya ciddi təsir göstərdi. Mətbuat Şurası bu məsələdə öz funksiyalarını yerinə yetirə bilmədi. Çox təəssüf, qəzetlərin böyük hissəsi iqtidarın təsiri altına düşüb. Ona görə də media sahəsindəki problemlərin sayı nəinki azaldı, əksinə, artdı».


M.Əliyevin sözlərinə görə, Mətbuat Şurası faktiki olaraq beynəlxalq donorlardan alınan qrantlar hesabına yaşayır. Quruma üzv olan media qurumlarının çoxu isə artıq üzvlük haqqı ödəmir: «Bütünlükdə Şuranın işləməsi üçün maliyyə yoxdur. Həm də onun müstəqil qurum kimi möhkəmlənməsində iqtidar maraqlı deyil».


Günün bütün mövzuları

XS
SM
MD
LG