Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:14

AŞ missiyası Azərbaycan mediasının vəziyyətini qiymətləndirəcək


AŞ ekspertləri KİV-ə yardımın istiqamətlərini müəyyənləşdirəcək

AŞ ekspertləri KİV-ə yardımın istiqamətlərini müəyyənləşdirəcək

«Avropa Şurası və digər beynəlxalq təşkilatlar nə edə bilərlər ki, Azərbaycanda medianın vəziyyəti yaxşılaşsın. Avropalı ekspertlərlə müzakirələr əsas bu məsələ ətrafında olub». Bu barədə «Azadlıq» radiosuna Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı məlumat verib.


Fevralın 19-da Avropa Şurasının KİV məsələləri ilə bağlı missiyası Bakıya gəlib. Nümayəndə heyətinin tərkibinə həmçinin Böyük Britaniya və Fransadan olan ekspertlər də daxildir. Səfərdə məqsəd Azərbaycan mediasının vəziyyətini qiymətləndirmək və Avropa Şurasının məsələ ilə bağlı təkliflərini hazırlamaqdır.


R.Hacılı deyir ki, danışıqlar bir neçə istiqamət üzrə aparılıb: «Birincisi, jurnalistlərin informasiya əldə etməsi ilə bağlı vəziyyət və qarşıya çıxan problemlər, ikincisi, medianın etnik standartlara uyğun işləməsinin vəziyyəti, üçüncü diffamasiya qanunvericiliyi ilə bağlı problemlər müzakirə edildi». R.Hacılı bildirir ki, bununla yanaşı müzakirələrdə ölkədə elektron KİV-in, həmçinin İctimai televiziyanın vəziyyətinə də toxunulub.


«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyib ki, avropalı qonaqlarla görüşdə Azərbaycan mediasının daha çox hansı yardıma ehtiyacı olması, yardımın hansı şəkildə edilməsi və s. məsələlər də diqqət mərkəzində olub.


Missiya dövlət rəsmiləri ilə də görüşüb. Bakıda keçirilən görüşlərin nəticəsi olaraq hesabat hazırlanacaq. Səfər fevralın 22-də başa çatır.



Günün bütün mövzuları

XS
SM
MD
LG