Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:39

«Dilbilməz hakimlər»


«Hakimlər arasında kifayət qədər savadlıları var. Lakin xarici dil biləni yoxdu»

«Hakimlər arasında kifayət qədər savadlıları var. Lakin xarici dil biləni yoxdu»

Ali Məhkəmədə Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək hakim yoxdur. Ali Məhkəmənin sədri Ramiz Rzayevin verdiyi bu açıqlama qəzetlərin diqqət yeritdiyi əsas mövzulardandır.


Ali Məhkəmənin sədri bildirib ki, hakimlər arasında kifayət qədər savadlı, peşəkarları var. Lakin onların xarici dili bilməməsi bu qurumda təmsil olunmalarına maneə yaradır.


«Gün səhər» də yazır ki, ekspertlər də Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək hakimlərin seçimində yaranan əsas problemin hakimlərin xarici dil bilməməsi ilə bağlı olduğunu deyirlər.


Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov da bu sahədə yaranan problemin əsas səbəbini xarici dili bilən hüquqşünasların azlığı ilə əlaqələndirib.


Sessiya ərəfəsində bir qrup hüquqşünas və hüquq müdafiəçisi Avropa Məhkəməsində hakim vəzifəsinə Azərbaycandan olan namizədləri rədd etmək çağırışı ilə Avropa Şurasına müraciət göndərib. Onlar iddia ediblər ki, namizədlərin irəli sürülməsi prosedur şəffaf deyil.


Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanı Avropa Məhkəməsində təmsil edəcək hakimin seçilməsi məsələsinin bu ilin martınadək həll olunacağını bildirib.


Məhkəmə-Hüquq Şurasının yeni namizədlərin müəyyənləşdirilməsi üçün elan etdiyi müsabiqə də fevralın 17-də başa çatıb. «Gün səhər»in məlumatına görə, on nəfər hakimliyə namizəd irəli sürülüb. Onların sırasından üçü müsahibə yolu ilə seçiləcək.


Deputat Azər Əmiraslanov bildirir ki, «əhaliyə göstərilən xidmətin səviyyəsi artırılmalıdır».


O, «Üç nöqtə»yə müsahibəsində deyib: «Mənzil-kommunal sektorunda islahatların aparılması vacib bir məsələdir. Ola bilər ki, gələcək bir perspektiv dövrdə bahalanma istiqamətində addımlar atılsın. Lakin bu yaxın bir-iki il üçün real görünmür. Çünki Tarif Şurası qiymət artımından bir il ötməmiş dərhal yenidən kommunal sferada növbəti geniş miqyaslı bahalaşmaya imkan verməz. Hər halda nə vaxtsa, bu göstərici bazar qiymətinə çatdırılmalıdır. Hər halda hökumət enerji sektorunda islahatlara uğurla başlayıb, müəyyən irəliləyişlərə nail olmuşuq. Baxmayaraq ki, bu, ictimaiyyət arasında birmənalı qarşılanmır».


«Yeni Azərbaycan» prezident İlham Əliyevin Macarıstanda rəsmi səfərini diqqətə saxlayıb.


«Macarıstan prezidenti Laslo Şoyom deyib ki, biz Qafqazda Azərbaycana strateji tərəfdaş kimi baxırıq, ölkələrimiz arasındakı əlaqələr dinamik şəkildə inkişaf edir. İkitərəfli münasibətlərimiz Avropa Birliyi çərçivəsində də əməkdaşlığımızın genişlənməsinə xidmət edir. Macarıstan Prezidenti vurğulayıb ki, iqtisadi əlaqələrin inkişafı üçün yaxşı imkanlar var, biz xüsusilə energetika sahəsində Azərbaycanla əməkdaşlığa böyük diqqət yetiririk».


Günün bütün mövzuları

XS
SM
MD
LG