Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:53

Polis şöbəsində daha bir ölüm


Hacıqabul Rayon Polis Şöbəsindən hadisəylə bağlı heç bir açıqlama vermədilər
Hacıqabul Rayon Polis Şöbəsindən hadisəylə bağlı heç bir açıqlama vermədilər

Hacıqabul rayon sakini Zabit Abbasov yerli polis şöbəsində vəfat edib. Abbasov narkotik vasitələrin satışında şübhəli şəxs kimi saxlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov «Azadlıq» radiosuna deyib ki, Zabit Abbasov polis şöbəsinə gətiriləndən bir müddət sonra ölüb.


Z.Abbasovun qardaşı Əşrəf Ababsov APA-nın əməkdaşına polis şöbəsində qardaşına işgəncələr verildiyini, mərhumun paltarlarının cırıq-cırıq olduğunu və baş nahiyəsindən xəsarət aldığını söyləyib.


Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov isə Zabit Abbasova işgəncə verildiyini təkzib edir.


Faktla bağlı Hacıqabul Rayon Prokurorluğu cinayət işi qaldırıb. Prokurorluqdan «Azadlıq» radiosuna verilən məlumata görə, tibbi ekspertizanın rəyini öyrənmək üçün mərhumdan götürülən nümunələr Bakıya göndərilib. Hacıqabul Rayon Polis Şöbəsindən isə hadisəylə bağlı heç bir açıqlama vermədilər.


İşgəncələr Əleyhinə Komitənin məlumatına görə, 2007-ci ildə Azərbaycanda dörd nəfər işgəncədən vəfat edib, 63 nəfər isə işgəncəyə məruz qalıb. Komitənin sədri Elçin Behbudov bildirir ki, işgəncələrdən vəfat etmə hallarından üçü orduda, biri isə Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama məntəqəsində baş verib.


Ancaq rəsmilər göstərilənləri təkzib edirlər.


XS
SM
MD
LG