Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:01

«Ötən il 11 mindən çox cinayət, 56 mindən çox mülki işə baxılıb»


Ötən il Azərbaycanın birinci instansiya məhkəmələrində 11 mindən çox cinayət, 56 mindən çox isə mülki işə baxılıb. Bu barədə məlumat verən Ali Məhkəmənin sədri Ramiz Rzayevin sözlərinə görə, ümumilikdə təxminən 71 min məhkəmə işinin 11 faizindən apellyasiya şikayəti verilib. Apellyasiya Məhkəməsinin araşdırdığı 6 min şikayətin 39 faizindən Ali Məhkəməyə kassasiya şikayəti verilib.


Rzayevin fikrincə, yerli məhkəmə instansiyalarında işə baxma keyfiyyəti yaxşılaşdığından kassasiya şikayətlərinin sayı kəskin şəkildə azalıb.


Ramiz Rzayev deyir ki, Ali Məhkəmə mülki məsələlərlə bağlı məhkəməyə müraciət edən aztəminatlı adamlara dövlət tərəfindən vəkil ayrılması üçün qurum yaradılması yönündə iş aparır: «Cinayət işlərində dövlət vəkil verir, amma mülki işlər çox olduğundan biz istəyirik ki, aztəminatlı adamlar da peşəkar vəkil xidmətindən istifadə edə bilsinlər».


Ali Məhkəmənin sədri bildirir ki, Məhkəmə Hüquq Şurası tərəfindən bir neçə rayon məhkəməsinin hakiminin fəaliyyətinə xitam verilib. Şura 30 hakimin fəaliyyətini qiymətləndirərkən onların yenidən bu peşə üzrə çalışmasını məsləhət bilməyib, 75 hakim isə yol verdiyi nöqsanlara görə tənbeh olunub.


Günün bütün mövzuları

XS
SM
MD
LG