Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:49

«Azərbaycan yarımköçəri maldarlıqdan imtina etməlidir»


«Bu gün Azərbaycanın ekologiyasına ən böyük ziyanı köçəri maldarlıq vurur»
«Bu gün Azərbaycanın ekologiyasına ən böyük ziyanı köçəri maldarlıq vurur»

Belə bir təkliflə Ekologiya və Təbii Sərvətlər Nazirliyi hökumətə müraciət edib. Hazırda bu təklif üzərində müzakirələr gedir.


Nazir Hüseyn Bağırov deyir ki, onların hökumətə verdiyi təklifə görə, Azərbaycanda heyvandarlıq tamamilə ferma sisteminə keçməlidir. Əgər bu mümkün deyilsə, onda heyvanların sayı aşağı salınmalıdır.


Nazirə görə, əgər bu məsələ tez bir zamanda həllini tapmasa, ölkə ərazisində səhralaşma getdikcə artacaq. H.Bağırov bildirir ki, bu gün Azərbaycanın ekologiyasına ən böyük ziyanı da elə köçəri maldarlıq vurur. Onun sözlərinə görə, neçə yüz illərdən bəri davam edən köçəri maldarlıq indiki iqtisadi azadlıq dövründə daha da geniş yayılmaqdadır.


Nazirə görə, meşələrin insanlar tərəfindən qırılmasının qarşısı qismən alınsa da, indi meşələri heyvanlar məhv etməkdədir. Buna görə də nazirlik yarımköçəri maldarlıqdan imtina edilməsi üçün hökumətə müraciət edib.


Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi normaya görə, bir hektar otlağa iki baş qoyun düşməlidir. H.Bağırov deyir ki, bu normaya Azərbaycanda çoxdan əməl olunmur. «Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıqla məşğul olan fermerlərə təsir göstərməlidir ki, onlar heyvanların sayını normaya uyğun olaraq azaltsınlar».


Dövlət Statistika Komitəsinin 2007-ci il yanvarın 1-nə olan məlumatına görə, ölkədə 2 milyondan çox iribuynuzlu, 8 milyondan çox xırdabuynuzlu mal-qara var. Əvvəlki ilin eyni dövrünə nisbətən iribuynuzlu mal-qaranın sayı 2,7 faiz, qoyun və keçilərin sayı 3 faiz artıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG