Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:35

«Avropa Məhkəməsinin qərarlarının hər birində uduzmuşuq»


«Ali Məhkəmənin heç bir üzvü ingilis və ya fransız dillərini mükəmməl bilmir»

«Ali Məhkəmənin heç bir üzvü ingilis və ya fransız dillərini mükəmməl bilmir»

«Avropa İnsan Hüquqları Məhkəməsi ötən il Azərbaycanla bağlı 7 qərar qəbul edib və onların hər birində biz uduzmuşuq».


Ali Məhkəmənin sədri Ramiz Rzayev fevralın 18-də keçirdiyi mətbuat konfransında belə deyib.


Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilməsinin məcburi olduğunu xatırladan Ali Məhkəmənin sədri Azərbaycan üzrə çıxarılan qərarların icra olunduğunu bildirib.


R.Rzayev onu da deyib ki, Azərbaycanın Avropa Məhkəməsinə hakim təqdim etməsində problemlər var. Əsas problemlərdən biri odur ki, hakimliyə namizədlər ingilis və ya fransız dilini mükəmməl bilməlidirlər. «Azərbaycan hakimlərində isə bu problemdir. Bundan əlavə yaş senzi, təcrübə və s. şərtlər də var ki, göndərilən hakim onlara uyğun olmalıdır».


R.Rzayev deyir ki, Azərbaycan Ali Məhkəməsinin hazırda 25 üzvü var və onların heç biri ingilis və ya fransız dillərini mükəmməl bilmir.


Avropa İnsan Hüquqları Məhkəməsi ümumilikdə Azərbaycanla bağlı 11 qərar çıxarıb. Vətəndaşlar əsasən ədalətli məhkəmə araşdırması hüquqlarının pozulmasından və işgəncəyə məruz qalmalarından şikayət edirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG