Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:34

Sərdar Cəlaloğlu ADP-dən prezidentliyə namizəd irəli sürülüb


ADP öz sədrinin prezidentliyə namizədliyini irəli sürən dördüncü müxalifət partiyasıdır

ADP öz sədrinin prezidentliyə namizədliyini irəli sürən dördüncü müxalifət partiyasıdır

Azərbaycan Demokrat Partiyası (ADP) payızda keçiriləcək prezident seçkiləri üçün öz sədri Sərdar Cəlaloğlunun namizədliyini irəli sürüb. Bu barədə qərar ADP Ali Məclisinin fevralın 16-da keçirilən iclasında qəbul olunub.


İclasda S. Cəlaloğlu bildirib ki, müxalifət daxilində illərlə davam edən nailiyyətsizlik sindromu bu düşərgədə qarşıdurmalara və parçalanmalara səbəb olub. O deyib ki, ölkədəki mövcud problemlərin həlli yalnız siyasi dialoq yolu ilə mümkündür.


ADP uzun müddət müxalifətin ən iri təşkilatlarından olub. 1991-cı ildə yaranan bu partiyaya müxtəlif illərdə keçmiş Ədliyyə naziri İlyas İsmayılov və keçmiş spiker Rəsul Quliyev də rəhbərlik edib.


ADP öz sədrinin prezidentliyə namizədliyini irəli sürən dördüncü müxalifət partiyasıdır. Buna qədər Müsavat (İsa Qəmbər), Ümid (İqbal Ağazadə) və Böyük Quruluş (Fazil Qəzənfəroğlu) partiyaları da öz sədrlərini prezidentliyə namizəd elan ediblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG