Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:40

Cümhuriyyətin yubileyinin keçirilməsi haqda sərəncam verildi


Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyi tamam olur
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyi tamam olur
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 90 illik yubileyi haqqında sərəncam verib. Sənəddə deyilir ki, cəmi 23 ay yaşamış Cümhuriyyət tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün əzizdir: «Bununla belə, bu tarixdə ürəyimizi qürur hissi ilə dolduran hadisələrlə yanaşı, ümummilli faciələrə yol açan səhifələr də vardır».

Sərəncamda AXC-nin tarixinə dair sanballı əsərlər, hətta ikicildlik ensiklopediya nəşr edildiyi, ancaq ölkə tarixinin bu mərhələsi ilə bağlı çox sayda sənədlərin hələ də xarici ölkələrin qapalı arxivlərində saxlanıldığı bildirilir.


Təhsil, Mədəniyyət və Turizm nazirlikləri Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Cümhuriyyətin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir. Sərəncamda həmçinin Milli Məclisə AXC parlamentinin yaranmasının 90 illiyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə olunur.


Prezident İlham Əliyev bu yaxınlarda Ağdam rayonuna səfəri zamanı bildirmişdi ki, Cümhuriyyət dövründə Yerevanın ermənilərə hədiyyə edilməsi səhv addımdır: «İrəvan şəhərini Azərbaycan Demokratik Respublikasının rəhbərliyi 1918-ci ildə Ermənistana hədiyyə edib. Bu da yumşaq desək, böyük bir səhv idi».


Bundan sonra müxalifətdə olan bəzi siyasi partiyalar hakimiyyətin Azərbaycan Xalq Cümhuriyyətinə qarşı qısqanc mövqe tutduğunu, onun fəaliyyətini təftiş etdiyini bildiriblər.


Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də süqut edib.


Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyi tamam olur.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG