Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:08

«Polis qəzet satıcılarını həbs etməyə başlayıb»


Müxalif və müstəqil qəzetlərin tirajının böyük hissəsi əl yayımı vasitəsi ilə satılır

Müxalif və müstəqil qəzetlərin tirajının böyük hissəsi əl yayımı vasitəsi ilə satılır

«Mətbuat yayım firmaları qəflətən özəlləşdirildikdən sonra KİV üçün yeni problemlər yaranacağı ehtimal olunurdu. Mətbuat üzrə ekspertlərdən biri demişdi ki, hakimiyyət qəzetlərin yayımını tamamilə inhisara almaq və bu yolla onları təzyiq altında saxlamaq niyyətindədir». Bu barədə «Bizim Yol» məqalə dərc edib.


Qəzet yazır ki, müxalif və müstəqil qəzetlərin tirajının böyük hissəsi əl yayımı vasitəsi ilə satılır. Bu işlə xırda firmalar məşğul olur. İndi hökumətin yeni planı bu yayımı tamamilə sıradan çıxmaq təhlükəsi ilə üz-üzə qoyub.


Qəzet satıcılarının «Bizim Yol»a verdikləri məlumata görə, hər gün onlarla satıcı polis tərəfindən həbs olunaraq şöbələrə aparılır. Orada satıcılara müxtəlif təzyiqlər edilir, qəzetlər əllərindən alınır, cərimə olunurlar və s. Polis küçə ticarətinin qadağan olunduğunu əsas gətirir və qəzet satıcılarının da küçə ticarəti ilə məşğul olduğunu bildirir.


«Əksəriyyəti rayonlardan olan satıcılar isə polisin təzyiqləri qarşısında yayım firmalarında işləməkdən çəkinirlər. Çünki onların çoxunun gündəlik qazancları kifayət qədər az olduğuna görə bu təhlükəli işlə məşğul olmağa risk etmirlər. Beləliklə, Bakıda qəzet satmaq təhlükəli peşəyə çevrilib.


Polisin mətbuata dolayı yolla etdiyi bu təzyiq nəticəsində yaxın zamanlarda əl yayımı tamamilə sıradan çıxmaq təhlükəsi qarşısında qala bilər».


Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova «Üç nöqtə»yə müsahibəsində vətəndaşların daha çox nədən şikayət etmələri barədə danışıb:


«Vətəndaşlar müxtəlif təşkilatlardan şikayət edirlər. İcra strukturlarından, məhkəmələrdən, polis orqanlarından və digər sahələrdən şikayətlər alırıq. Şikayətlər təkcə dövlət-vətəndaş münasibətləri ilə bağlı olmur. Bəzən bizə vətəndaşla vətəndaş arasında münasibətlərlə bağlı şikayətlər edilir».


Deputat deyir ki, bu ildə Milli Məclisin İnsan hüquqları daimi komissiyasına təxminən 2006-cı ildəki qədər ərizə və şikayət daxil olub.


İlham Əliyev deyib ki, «Azərbaycanın inkişafı ilə bağlı yeni proqramlarımız var». «Yeni Azərbaycan» yazır ki, prezident BMT-nin rezident-əlaqələndiricisi Bruno Puezanı qəbul edərkən belə deyib.


«Dövlət başçısı Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların ölkəmizin strategiyası və gələcək inkişaf proqramları barədə məlumatlı olduğunu bildirib. Ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini vurğulayan İlham Əliyev bu inkişafda dövlətin dəstəyi ilə özəl sektorun önəmli rol oynadığını xatırladıb. Dövlət başçısı Azərbaycanın gələcək inkişafla bağlı yeni proqramlarının da olduğunu bildirib».


Günün bütün mövzuları

XS
SM
MD
LG