Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:31

«Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyü Bakı üçün faydalı təcrübə olacaq»


«Biz Gürcüstanı və Ukraynanı dəstəkləyirik»
«Biz Gürcüstanı və Ukraynanı dəstəkləyirik»

«Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyü Azərbaycan üçün faydalı təcrübə olacaq». Bunu «Azadlıq» radiosuna müsahibəsində Xarici İşlər nazirinin müavini Araz Əzimov deyib.


Onun sözlərinə görə, əgər NATO bu iki ölkənin üzvlük üçün müraciətlərinə müsbət cavab versə, o zaman növbəti hazırlıq mərhələsi başlayacaq. Azərbaycan da bu təcrübələri nəzərdən keçirəcək: «Biz Gürcüstanı və Ukraynanı dəstəkləyirik. Çünki hər bir ölkənin öz təhlükəsizliyi ilə bağlı azad seçim hüququ var. Gürcüstan da, Ukrayna da, Azərbaycan da NATO ilə Fərdi Tərəfdaşlıq Proqramının iştirakçısı olaraq müvafiq təcrübələrə malikdirlər. GUAM çərçivəsində yaxın tərəfdaş ölkələrin təcrübələri Azərbaycana faydalı olacaq».


Eyni zamanda, Əzimov deyib ki, Bakı öz yolu ilə hərəkət edəcək. Bu yol addım-addım islahatlar aparmaqla, NATO ilə əməkdaşlıqda dəyişiklik əldə etməkdir: «Bu islahatlar kiminsə xoş sözünə, siyasi qiymətinə görə yox, Azərbaycanın maraqlarına görə edilir və maraqlarımıza uyğun gəlməlidir».


Əzimov onu da vurğulayıb ki, Gürcüstan və NATO-ya Ukraynanın üzvlüyündən sonra vəziyyət köklü dəyişəcək. Burada həm müsbət, həm də mənfi aspektlər ola bilər.


Tezliklə Azərbaycan NATO ilə Fərdi Tərəfdaşlıq və Əməliyyat Planının ikinci mərhələsinə başlayacaq. Əzimov deyib ki, Bakı bunun üçün tələb olunan layihələrini NATO-ya təqdim edib və indi cavab gözləyir. Məsələ martın ortalarına qədər həll olunmalıdır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG