Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:43

«PKK ölkəmizə daha da yaxınlaşır»


«PKK-nın digər regional və beynəlxalq terrorçu qrupları ilə əlaqəsi də nəzərdən keçirilməlidir»

«PKK-nın digər regional və beynəlxalq terrorçu qrupları ilə əlaqəsi də nəzərdən keçirilməlidir»

Azərbaycanla ABŞ antiterror danışıqlarında PKK məsələsini müzakirə edirlər. Bu barədə «Azadlıq» radiosuna Xarici İşlər nazirinin müavini Araz Əzimov məlumat verib.


O, fevralın 14-də Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin terror məsələsi üzrə əlaqələndiricisinin birinci müavini – Dövlət katibinin müşaviri Frenk Urbançiklə danışıqlar aparıb.


Nazir müavini deyir ki, Bakı terrorizmə milli, regional və beynəlxalq səviyyədə baxılmasına tərəfdardır:


«Son zamanlar Türkiyənin üzləşdiyi problemlərlə əlaqəli olaraq PKK-nın fəaliyyətini daha yaxından izləməli oluruq. Çünki müxtəlif mənbələrdən gələn xəbərlərə görə, bu təşkilat artıq bizim ölkəmizə daha da yaxınlaşır».


Cənab Əzimov deyir ki, PKK-nın digər regional və beynəlxalq terrorçu qrupları ilə əlaqəsi də nəzərdən keçirilməlidir. Çünki bu təşkilatın üzvləri Türkiyə və Azərbaycana düşmən olan digər qurumlarla da əlaqə qura bilərlər.


Bakı Vaşinqtona terrorun köklərinin kompleks şəkildə araşdırılmasını və onların aradan qaldırılması üçün tədbirlər görülməsini təklif edir. Danışıqlarda həm də terrorun maliyyələşməsinin qarşısını almaq və çirkli pulların yuyulması kimi məsələlərə də baxılır.


Nazir müavini deyir ki, bu problemlər ABŞ-la həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində müzakirə olunur. Yayda isə iki ölkə arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək.


PKK-nın Azərbaycanının milli təhlükəsizliyi üçün təhdid doğurduğunu bildirən bir qrup millət vəkili onun terrorçu təşkilat kimi tanınması təşəbbüsü ilə çıxış ediblər. Bu vaxta kimi PKK Azərbaycanda terrorçu təşkilat kimi tanınmayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG