Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:13

«Qoy onlar öz xanımlarına kələm şorbası bişirməyi öyrətsinlər»


Putin fevralın 14-də prezident kimi sonuncu mətbuat konfransını keçirib
Putin fevralın 14-də prezident kimi sonuncu mətbuat konfransını keçirib

Prezident Vladimir Putin ATƏT-i Rusiyada seçkiləri müşahidə etmədiyi üçün qınayıb.


Bu fikri o, fevralın 14-də prezident kimi keçirdiyi sonuncu mətbuat konfransında bildirib.


ATƏT martın 2-də Rusiyada keçiriləcək prezident seçkilərinə müşahidəçi göndərməkdən imtina edib. Təşkilat hesab edir ki, Rusiya beynəlxalq müşahidəçilərə məhdudiyyət qoyur, vaxtında monitorinqə başlamağa imkan vermir.


Putin eyni zamanda ATƏT-i Rusiya hökumətinə «dərs keçməkdə» günahlandırıb: «Qoy onlar öz xanımlarına kələm şorbası bişirməyi öyrətsinlər»-, deyib.


Mətbuat konfransda o, Amerikanın raketdən müdafiə planından da söz açıb. Putin deyib ki, ekspertlər Amerikanın Avropada yerləşdirmək istədiyi sistemlərin Rusiyaya təhlükə olduğunu deyirlər. Ona görə də bu sistemlər yaradılsa, adekvat reaksiya verməyəcək.


Birləşmiş Ştatlar raketdən müdafiə sistemlərini Çexiyada, Polşada yerləşdirmək niyyətindədir və dəfələrlə bəyan edilib ki, hədəf Rusiya yox, İrandır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG