Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:06

«Ekspert rəyi saxtalaşdırılıb»


Qənimət Zahid keçən ilin noyabrında həbs edilib
Qənimət Zahid keçən ilin noyabrında həbs edilib

Fevralın 14-də Yasamal Rayon Məhkəməsində hakim Südabə Məmmədovanın sədrliyi ilə «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin məhkəməsi davam edib. Jurnalistin vəkilləri Elçin Sadıqov və Osman Kazımov dörd vəsatət qaldırıblar. Vəsatətlərdə şahidlərə təzyiq olunduğu və bunun dayandırılması, müstəntiqlərin və Sevgüladə Quliyevanın qohumlarının məhkəməyə çağırılıması və ötən prosesdə Vüsal Həsənovun Qənimət Zahidə qarşı işlətdiyi təhqiramiz ifadələrin prokurorluğa xəbər verilməsi xahiş olunub. Lakin hakim vəsatətlərin heç birini təmin etməyib.


Daha sonra prosesdə üç tibbi eksperti şahid qismində dindirilib. Ekspertlərin ifadələri ziddiyyətli olması ilə diqqəti çəkib. Ekspert Nuru Allahyarov bildirib ki, ekspertiza Vüsal Həsənov və Qənimət Zahiddə xəsarətlər müəyyən edib. Digər iki ekspert isə iddia edib ki, yalnız Həsənov xəsarət alıb. Vəkil Osman Kazımov isə deyir ki, ekspert rəyi saxtalaşdırılıb: «Biz əvvələcən deyirdik ki, ekspert rəyi həqiqətə uyğun deyil».
Vəkillərin sözlərinə görə, tibbi ekspertiza rəylərində Vüsal Həsənovda sümük sınığı qeyd olunsa da, ona yazılan dərmanlar sümüyün bitişməsi üçün vacib olan kalsium tərkibli olmayıb. Vüsal Həsənov isə deyir ki, ona belə dərmanlar lazım olmayıb, dədə-baba qaydası ilə özünü müalicə edib.


Qənimət Zahid keçən ilin noyabrında xuliqanlıq və bədən xəsarəti yetirmək ittihamları ilə həbs edilib. İddia Zahidin sataşdığı iddia olunan Sevgüladə Quliyevanı müdafiə edən Vüsal Həsənov tərəfindən irəli sürülüb. Nəticədə Həsənov özü də həbsə alınıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG