Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:35

Riçard Luqarın müraciəti qəbul olunub


Luqar Rusiyanın enerji təminatında dominantlığından narahatlığını bildirib

Luqar Rusiyanın enerji təminatında dominantlığından narahatlığını bildirib

ABŞ Dövlət Departamentində Mərkəzi Asiya və Xəzər hövzəsi ilə xüsusi məşğul olacaq enerji üzrə əlaqələndirici vəzifəsi yaradılacaq. Bunu dövlət katibi Kondoliza Rays fevralın 13-də Senatın Xarici əlaqələr komitəsində Ağ evin 2009-cu maliyyə ili büdcəsinə həsr edilmiş dinləmələrdə çıxış edərkən bildirib.


Xanım Rays vurğulayıb ki, enerji mövzusu diplomatiyanın olduqca mühüm hissəsidir və dünyanın bəzi yerlərində enerji siyasəti diplomatiyanı dəyişdirəcək qədər təsirə malikdir.


Kondoliza Raysın bu bəyanatı Senat Komitəsində respublikaçı azlığın başçısı Riçard Luqarın müraciətinə cavab idi.


Dinləmələrdə giriş sözü ilə çıxış edən senator Luqar yanvar ayında Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Ukraynaya səfərini xatırladaraq bu bölgə ilə daha yaxın enerji əməkdaşlığının qurulması tərəfdarı olduğunu söyləmişdir. Rusiyanın enerji təminatında dominantlığından narahatlığını bildirən Amerika qanunvericisi ABŞ hökumətini bölgədəki maraqlarının müdafiəsi üçün Xəzər hövzəsi üzrə xüsusi müşavir vəzifəsini yaratmağı təklif edib.(AzərTAc)


Günün bütün mövzuları

XS
SM
MD
LG