Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:27

«Beşlər» siyasi blok yarada bilər»


Prezident seçkisi ilə bağlı blokunun yaradılması ideyaları ətrafında müzakirələr gedir
Prezident seçkisi ilə bağlı blokunun yaradılması ideyaları ətrafında müzakirələr gedir

Müsavat Partiyası, ADP, AMİP, Azərbaycan Naminə İctimai Forumun və Tərəqqi Partiyasının təmsil olunduğu «beşlər» Müsavat qərargahında toplantı keçiriblər. Bu barədə «Yeni Müsavat» yazıb.


ADP sədri Sərdar Cəlaloğlunun verdiyi qəzetə verdiyi məlumata görə, toplantıda «beşlər»in seçkiöncəsi transformasiyası ilə bağlı müzakirələr aparılıb. «Müxtəlif təkliflər var. Uzunmüddətli strateji seçki ittifaqının yaradılması, 2008-ci il prezident seçkisi ilə bağlı seçki blokunun yaradılması ideyaları ətrafında müzakirələr keçirdik. Müzakirələrin davam etdirilməsi qərara alındı. Ümid edirik ki, bu ideyaların birinin üzərində dayanmaq mümkün olacaq»- deyən ADP sədri «beşlər»in siyasi bloka çevrilə biləcəyini istisna etməyib.


Deputat Gültəkin Hacıyeva «Üç nöqtə»yə müsahibəsində deyib ki, «Siyasətdə məşhurlaşmaq çox asandır».


Deputat dövlət idarəetmə orqanlarında qadınlarının sayının az olmasından şikayətlənir. Bildirir ki, vəzifədə çalışan qadınları «barmaqla saymaq olar».


«Düşünürəm ki, Azərbaycanda qadınlar öz potensiallarına uyğun şəkildə dövlət idarəetmə strukturlarında təmsil olunmayıb. Ali təhsilli vətəndaşlarımız arasında təhlil aparsaq, bu qadınların sayının kişilərdən az olmadığının şahidi olarıq. Müəllim və həkimlərimizin əksəriyyəti qadınlardır. Lakin orta idarəetmə səviyyəsinə gəldikdə, burada kişilər qadınları üstələyir. Nəticədə peşəkar qadınların çalışdığı məktəblərdə məktəb direktorluğu vəzifəsini kişilər tutur. Yüksək idarəetmə sahəsində qadınlar barmaqla göstəriləcək saydadı. Bu baxımdan düşünürəm ki, bu problemdən çıxmağın vaxtıdır. Avropa ölkələrinin təcrübəsini götürüb təhlil etsək, görərik ki, bir çox Qərb ölkələrinin parlamentlərində qadınların təmsilçiliyi 30 faizin üzərindədir».


İqtidaryönlü «Səs» qəzeti Azərbaycanın sənayesinin sürətlə inkişaf etdiyi barədə məqalə dərc edib:


«Azərbaycan MDB ölkələri arasında ən çox sənaye istehsalı olan ölkədir. MDB Dövlətlərarası Statistika Komitəsinin məlumatına görə, 2007-ci ildə ölkədə istehsal olunmuş sənaye məhsulunun və işlərin həcmi 2006-cı ilin müvafiq dövrünə nisbətən 32,7 faiz artıb və istehsal olunmuş məhsulun həcmi 12,2 milyard manat təşkil edib».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG