Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:13

Naxçıvan çayxanalarında futbolun yayımlanmasına qadağa qoyulub


Bənənyar kəndindəki çayxanada televizor polislər tərəfindən götürülüb

Bənənyar kəndindəki çayxanada televizor polislər tərəfindən götürülüb

Naxçıvan Muxtar Respublikasındakı çayxana və kafelərdə axşam saatlarında futbol oyununun yayımlanmasına qeyri-rəsmi qadağa qoyulub. Obyekt sahiblərinin bəzilərinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, məqsəd camaatın bir yerə toplaşmasının qarşısını almaqdır. Bəzi çayxana və kafelərdən hətta televizorlar da götürülüb. Belə bir hal Culfa rayonunun Bənənyar və Əbrəqulus kəndlərində baş verib. Bənənyar kəndindəki çayxanada stolüstü idman oyunlarının oynanılmasına qadağa qoyulmaqla yanaşı, oradakı televizor da polislər tərəfindən götürülüb. Hətta həmin vaxt çayxanada stolüstü idman oyunları oynayan şəxslər də saxlanılıb. Saxlanılan şəxslər yaşlı olduğundan kənd camaatının işə qarışmasından sonra sərbəst buraxılıblar.


Fevralın 12-i axşam saatlarında isə Naxçıvan şəhər mərkəzindəki Heydər Əliyev adına Gənclik parkında uşaqlarını gəzdirən valideynlər asayişi pozmaq iddiası ilə oradan uzaqlaşdırılıblar. Polis onlara bərkdən danışmamağı və burda gəzməyin qadağan olunduğunu bildirib.


Məsələyə Muxtar Respublika rəsmilərinin münasibətini öyrənmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG