Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:44

«Azərbaycan Transxəzər layihəsinin yubanmasına qarşıdır»


Xarici İşlər nazirinin müavini Xələf Xələfov

Xarici İşlər nazirinin müavini Xələf Xələfov

Azərbaycan Transxəzər layihəsinin yubanmasına qarşıdır. Bunu «Azadlıq» radiosuna Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib. Nazir müavini deyib ki, Avropa Birliyi Azərbaycanla tərəfdaşlığında enerji layihələrinə böyük əhəmiyyət verir. Bu yaxınlarda Bakıda səfərdə olan Birliyin «üçlüyü» Orta Asiya qazının Xəzər üzərindən nəqlinin vacibliyini deyiblər.


İndi gündəlikdə duran məsələ Türkmənistanı da bu əməkdaşlığa cəlb etməkdir. Xələfov deyir ki, Aşqabad bu sahədə təşəbbüslə çıxış etməlidir.


Nazir müavini Xəzərin statusu ilə bağlı Azərbaycanla Türkmənistan arasındakı danışıqlara da münasibət bildirib. Deyib ki, tərəflər orta xəttin koordinatlarını müəyyənləşdirməyə yaxındırlar: «Biz əvvəlki danışıqlarda xeyli işlər görmüşük. Bir çox məsələlər üzrə mövqelərdə yaxınlaşma var. Müxtəlif sənədlərin qəbul olunması üzrə fikirlərimizi razılaşdırmışıq. İnanıram ki, bu istiqamətdə müəyyən addımlar atılacaq. Hər iki tərəf məsələnin həlli üçün bütün addımların atılmasında israrlıdırlar».


İki ölkənin Xəzər üzrə işçi qrupları ötən həftə Bakıda görüşmüşdülər. X.Xələfov onu da bildirib ki, danışıqlarda «Kəpəz» yatağının mənsubiyyəti müzakirə olunmur. Çünki orta xətt müəyyənləşəndən sonra bu məsələ də həllini tapacaq.


Hər iki tərəf Xəzərin milli sektorlarının orta xətt üzrə bölünməsini vacib saysa da, mövqelərdəki fərq orta xəttin koordinatlarının müəyyən edilməsi prinsiplərindədir. Xüsusilə də Azərbaycanda «Kəpəz», Türkmənistanda isə «Sərdar» adlandırılan neft yatağının taleyi məsələsində mübahisələr hələ də aktual qalır.


Günün bütün mövzuları

XS
SM
MD
LG