Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:53

«Əlhoda» Puşkin küçəsinə köçüb


İran İslam Respublikasının Bakının İstiqlaliyyət küçəsində yerləşən «Əlhoda» kitab mağazası Nizami və Puşkin küçələrinin kəsişməsində yerləşən binaya köçüb. Buna sözügedən küçədə icarə haqlarının kəskin bahalaşmasının səbəb olduğu deyilir.


İranın Bakıdakı ən böyük kitab mağazası olan «Əlhoda» 1993-cü ildə açılıb. Mağaza əsasən dini ədəbiyyatın satışı ilə məşğul olur.


XS
SM
MD
LG