Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:44

Mübahisə yarandığından baş redaktorun məhkəməsi təxirə salınıb


Jurnalistin məhkəməsində şahidlərin çıxışı zamanı mübahisə yaranıb
Jurnalistin məhkəməsində şahidlərin çıxışı zamanı mübahisə yaranıb

Fevralın 12-də «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidovun məhkəmə prosesində şahid ifadələri dinlənilib.


Taksi sürücüsü İkram Tahirov «Azərbaycan» nəşriyyatı qarşısında iki şəxsin dalaşdığını gördüyün deyib. Lakin o, baş vermiş hadisə ilə bağlı Qənimət Zahidin sualını düzgün cavablandıra bilməyib. Belə ki, jurnalistin həmin gün havanın necə olması barədə sualına şahid «yağışlı» deyə cavab verib. Qənimət Zahid həmin gün havanın buludlu olmadığını və şahidin yalan danışdığını deyib.


Müdafiə tərəfinin şahidi İnqilab Kərimovun çıxışı zamanı onunla digər təqsirləndirilən Vüsal Həsənov arasında mübahisə yaranıb.


«Media Forum» xəbər verir ki, prosesin davamında şahid ifadələri dinləndikdən sonra Vüsal Həsənov Qənimət Zahidin ünvanına etikadan kənar ifadələr işlədib. Bu zaman məhkəmə zalında sakitlik pozulub.


Hakim prosesi fevralın 14-dək təxirə saldığın bildirib. Lakin bundan əvvəl Q.Zahidin vəkili Elçin Sadıqov V.Həsənovun hərəkətləri ilə bağlı Yasamal Rayon Prokurorluğuna məlumat verilməsi üçün vəsatət qaldırıb, lakin hakim buna heç bir cavab verməyib.


Vəkil Elçin Sadıqov «Azadlıq» radiosuna bildirib ki, ekspertlər də hadisəyə heç bir tədqiqat aparmadan rəy veriblər və bu, həqiqəti əks etdirmir.


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid 2007-ci ilin noyabrında xuliqanlıqda təqsirləndirilərək həbs edilib.


Jurnalist isə həbsinin peşə fəaliyyəti ilə əlaqədar olduğunu bildirir. Beynəlxalq insan hüquqları təşkilatları Qənimət Zahidin həbsini pisləyir və onun dərhal azad olunmasını tələb edirlər.



AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG