Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:02

«Azercell» tam özəlləşdi


Azərbaycanın ən böyük mobil operatoru «Azercell»in dövlətə məxsus payı özəlləşdirildi. Fevralın 11-də bununla bağlı Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsində müqavilə imzalanıb.


Azərbaycan hökumətinə məxsus olan pay müəssisəsinin digər təsisçisi olan Türkiyənin «Azertell Telekommunikasyon Yatırım Dış Ticaret A.Ş.» şirkətinə təklif edilib və şirkət həmin payın alınmasına razılığını bildirib.


Qiymətləndirmə hesabatına və məsləhətçinin apardığı qiymətləndirməyə əsasən müəssisədəki dövlətə məxsus 35,7 faizlik paya 180 milyon dollar qiymət qoyulub. Dövlət payının satışından əldə olunan bu vəsait dövlət büdcəsinə köçürüləcək. Bununla da, Türkiyə şirkəti «Azercell»in tam sahibinə çevrilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG