Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:05

«Bizdə təbəqələşmə prosesi getmir»


Prezident deyir ki, 4 il ərzində Azərbaycanda 650 min yeni iş yeri açılıb

Prezident deyir ki, 4 il ərzində Azərbaycanda 650 min yeni iş yeri açılıb

«4 il ərzində Azərbaycanda 650 min yeni iş yeri açılıb. Onlardan 480 mini daimi iş yerləridir». Prezident İlham Əliyev fevralın 11-də «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın (2004-2008-ci illər) icrasının 4 illik yekunlarına həsr olunmuş konfransda belə deyib.


Dövlət başçısı bildirib ki, bu, yerli istehsalın güclənməsinin, qeyri-neft sektorunun inkişafının nəticəsidir: «Əminəm ki, gələcəkdə Azərbaycanda işsizlik problemi tam aradan qaldırılacaq».


«Son dörd ildə Azərbaycanda yoxsulluq 49%-dən 16%-ə düşüb». İ.Əliyev bildirir ki, yoxsulluğun azalması da regionların inkişafı proqramı ilə bağlıdır:


«Bu onu göstərir ki, Azərbaycanda neft gəlirləri ədalətlə bölünür. Bizdə neft ixrac edən bəzi ölkələrə xas olan təbəqələşmə prosesi getmir».


Dövlət başçısının qənaətinə görə, Azərbaycanda imkanlar artığından miqrasiya da azalıb. O, regionların inkişafı ilə bağlı proqramın bundan sonra da davam etdiriləcəyini bəyan edib: «Bir ildən sonra proqramın müddəti başa çatır. Nəzərdə tutulan vəzifələrin 98% ya tamamilə, ya da qismən həll olunub. Növbəti mərhələ 2009-2013-cü illəri əhatə edəcək».


Konfrans iki gün davam edəcək. Tədbirin keçirildiyi Gülüstan sarayında, həmçinin, Azərbaycanda sənaye və istehsal müəssisələrinin məhsullarının sərgisi təşkil olunub.


Günün bütün mövzuları

XS
SM
MD
LG