Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:13

«Əldə olunan qazın yalnız 60%-ni təmizləyə bilirik»


Nazir deyir ki, zəhərlənmələr ehtiyatsızlıqdan baş verir

Nazir deyir ki, zəhərlənmələr ehtiyatsızlıqdan baş verir

Sənaye və Energetika naziri Natiq Əliyev deyir ki, Azərbaycanın qaz emalı zavodları əldə olunan qazın yalnız 60%-ni təmizləyə bilir:


«Əlbəttə qazın tam təmizlənməsi yaxşıdır. Bunun nəticəsində sənaye əhəmiyyətli bir sıra başqa dəyərli birləşmələr də əldə etmək olar». Lakin nazir bildirir ki, zavodların belə bir gücü yoxdur.


Son vaxtlar Azərbaycanda dəm qazından zəhərlənmələrin sayı artıb. Kliniki Tibbi Mərkəzinin toksikologiya bölməsindən verilən məlumata görə, ilin əvvəlindən bəri 130 vətəndaş dəm qazından zəhərlənmə diaqnozu ilə bura müraciət edib. Daxili İşlər Nazirliyinin məlumatına görə isə dəm qazından ölənlərin sayı 20 nəfərdir.


Ekspertlər bu qənaətə gəliblər ki, dəm qazından kütləvi zəhərlənmələrə səbəb qazın tərkibinin tam təmizlənməməsidir.


Sənaye və Energetika naziri Natiq Əliyev deyir ki, zəhərlənmələr heç də qazın tərkibinin tam təmizlənməməsi nəticəsində yox, ehtiyatsızlıqdan baş verir.


Günün bütün mövzuları

XS
SM
MD
LG