Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:08

İrandan Azərbaycana yeni təklif...


İranın Bakıdakı səfiri Nasir Həmidi Zare

İranın Bakıdakı səfiri Nasir Həmidi Zare

Tehran Bakını Avropa mallarının İraqa daşınmasında tranzit ölkə kimi iştiraka dəvət edir.


Bunu «Azadlıq» radiosuna İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare bildirib.


İdeya baş tutarsa, Avropa və Rusiyadan gələn mallar Azərbaycan vasitəsi ilə Ərdəbilə, ordan da İraq sərhədinə daşına bilər:


«Bu, İraqa aparılan yüklərin yolunu 800 kilometr qısaldardı».


Planın reallaşması üçün Azərbaycan Astarası ilə İran Astarası arasında 8 kilometrlik dəmiryolu tikilməlidir. Səfir deyib ki, İran tərəfi hətta bu işin xərcini də öz üzərinə götürməyə hazırdır.


Tezliklə iki ölkənin hökumətlərarası iqtisadi komissiyası Bakıda toplaşacaq və bütün bu məsələlər barədə müzakirə aparılacaq.


Yaz aylarında isə Azərbaycan prezidenti İlham Əliyev İrana rəsmi səfər edəcək.


İran səfiri bir neçə ay əvvəl Bakı ilə Tehran arasında yaranmış casus qalmaqalına da münasibət bildirib. Deyib ki, məsələ artıq həll olunub və hazırda ölkələr arasında heç bir şübhə və narahatlıq yoxdur.


Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi şərti adı «Səidin dəstəsi» olan qrupu İranın kəşfiyyat orqanları ilə işbirliyində ittiham edirdi. Tehran isə bununla razılaşmırdı, Bakıdan fakt istəyirdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG