Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:54

Abituriyentlər öz ixtisaslarını test imtahanlarından sonra seçəcək


«Bu il martdan başlayaraq, hər bir ali və ya orta ixtisas məktəbində təhsil almaq istəyən gənc öz sənədlərini ilkin olaraq internet vasitəsilə təqdim edəcək».


Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə fevralın 8-də keçirdiyi mətbuat konfransında bildirib.


M.Abbaszadə deyir ki, birinci mərhələdə elektron yolla öz sənədlərini təqdim edən gənclər özləri üçün ixtisas seçməyəcəklər. Onlar yalnız daxil olmaq istədiyi ixtisas qrupunu göstərəcək. İmtahanlar isə iyunun sonu və ya iyulun əvvəllərində başlayacaq. İmtahan cədvəli isə sənəd qəbulu bitəndən sonra elan olunacaq və əvvəlcə ən çox sənəd verilmiş qrup üzrə imtahan keçiriləcək: «İmtahanlar keçirilən günün axşamı hər qrup üzrə imtahanların nəticələri dərhal araşdırılacaq və bir gün ərzində ballar açıqlanacaq. Bu mərhələdə hər bir gənc özü barədə məlumatı əldə etdikdən sonra elektron ərizədə öz ixtisasını seçəcək.


Qabiliyyət imtahanlarında da dəyişiklik edilib, indiyədək qalibiyyət imtahanları «məqbul» və ya «qeyri-məqbul» kimi qiymətləndirilirdisə, bu ildən başlayaraq, qabiliyyət imtahanları da ballarla qiymətləndiriləcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG