Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:00

Cəbhəçi zorla polis şöbəsinə aparılıb


«Belə bir təhlükə digər müxalifətçiləri də gözləyir»

«Belə bir təhlükə digər müxalifətçiləri də gözləyir»

Fevralın 7-i səhər saatlarında AXCP-nin Nehrəm kənd təşkilatının rəhbəri, partiyanın Məclis üzvü Vəli Həmzəyev Babək rayon polisi tərəfindən saxlanıb. Yaxınlarının «Azadlıq» radiosuna verdiyi məlumata görə, Həmzəyev evindən məcburi qaydada çıxarılıb. Evdən çıxarılarkən cəhbəçiyə deyiblər ki, Babək Rayon Polis Şöbəsinin rəisi Alməmməd Abbasov onu görmək istəyir. Polislər Həmzəyevi işıqpulunu ödəmədiyinə görə şöbəyə apardıqlarını bildiriblər.


Babək Rayon Polis Şöbəsində olan V.Həmzəyev isə «Azadlıq» radiosuna deyib ki, o, bütün ayların enerji haqlarını ödəyib və işıqpuluna görə heç bir borcu yoxdur. Üstəlik, rayon İşıq İdarəsində işlədiyinə görə, bütün bu prosedurları yaxşı bilir.


Vəli Həmzəyev polis şöbəsinə aparılmasının qanunsuz olduğunu deyib.


AXCP-nin Naxçıvan təşkilatından isə bildiriblər ki, Həmzəyev təşkilatın ən fəal üzvlərindəndir. Onun polis tərəfindən saxlanılması fəal cəbhəçilərin seçkiöncəsi proseslərdən uzaqlaşdırılmasına xidmət edir. Təşkilatdan deyiblər ki, bu haqda bəyanat hazırlanır və belə bir təhlükə digər müxalifətçiləri də gözləyir.


Günün bütün mövzuları

XS
SM
MD
LG