Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:15

«Siyasi məhbus probleminin ölkə daxilində həlli daha yaxşıdır»


AŞPA Bürosunda siyasi məhbuslar üzrə həmməruzəçi məsələsi müzakirə olunacaq

AŞPA Bürosunda siyasi məhbuslar üzrə həmməruzəçi məsələsi müzakirə olunacaq

Fevralın 7-də Siyasi Məhbuslarla bağlı İşçi qrupun növbəti toplantısında 35 nəfərlik məhbus siyahısı müzakirə olunub. AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andreas Herkel və Yevgeniya Jivkovanın da iştirak etdiyi müzakirələrdə ən çox diqqət yetirilən məsələ həbsdə olan jurnalistlər və xəstə məhbuslarla bağlı olub.


Hüquq müdafiəçisi Sahib Məmmədovun dediyinə görə, Andreas Herkel xəstə məhbuslar və həbsdə olan jurnalistlərlə görüşdüyündən o, Azərbaycan hökumətinin yaxın vaxtlarda bununla bağlı müsbət addımlar atacağına əmin olduğunu bildir.


Bundan başqa görüşdə AŞPA-da siyasi məhbuslarla bağlı Azərbaycan üzrə məruzəçinin təyin olunması ətrafında da müzakirələr aparılıb. Bəzi hüquq müdafiəçiləri məruzəçinin təyin edilməsini istəsə də, hökumət nümayəndələri bunun qəti əleyhinə olduqlarını bildiriblər. Sahib Məmmədovun sözlərinə görə, Andreas Herkel də siyasi məhbus məsələsinin ölkənin daxilində həll olunmasının daha yaxşı olduğunu bildirib.


AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva hesab edir ki, bu gün Azərbaycanda siyasi məhbus yoxdur. Onun sözlərinə görə, həbsdə olan bir neçə jurnalist var ki, onların da hələ ki məhkəməsi davam etdiyindən tərtib edilən siyahılardakı adamların heç birinə siyasi məhbus demək olmur. Gültəkin Hacıyeva hesab edir ki, hüquq müdafiəçiləri hansısa siyahı hazırlamaqla konkret cinayət törətmiş adamları Avropa Şurasına siyasi məhbus kimi təqdim etməyə çalışırlar. Bu baxımdan o, siyasi məhbus məsələsilə bağlı məruzəçiyə ehtiyac görmür.


Gültəkin Hacıyeva deyir ki, onsuz da beynəlxalq təşkilatların tələb və təzyiq olunmdan Azərbaycanda humanist siyasət davam edir. İndiyə qədər prezidentin əfv fərmanları ilə hüquq müdafiəçilərinin siyahılarında olan xeyli məhbuslar azadlığa çıxıb.


Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı deyir ki, martın 13-də AŞPA Bürosunda siyasi məhbuslarla Azərbaycan üzrə həmməruzəçi təyin olunub-olunmamasıyla bağlı məsələyə baxılacaq. Bu baxımdan da o, hesab edir ki, Azərbaycan hökuməti həmin vaxta qədər hansısa addımlar atacaq. Səidə Qocamanlı deyir ki, əgər həmin vaxta qədər jurnalistlər və xəstə məhbuslar buraxılmasa, məruzəçinin təyin edilməsi realdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG