Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:47

Psixonevroloji Xəstəxanada qiyam?


Xəstəxana rəhbərliyi xəstələri sakitləşdirmək üçün polis çağırıb

Xəstəxana rəhbərliyi xəstələri sakitləşdirmək üçün polis çağırıb

Fevralın 7-si gecə saat 02.00-dən səhər saatlarına qədər Maştağa qəsəbəsi Respublika Psixonevroloji Xəstəxanasının ərazisindən müxtəlif səslər və qışqırıqlar eşidilib. Maştağa qəsəbə sakinləri hay-küyün ruhi xəstə olan məhbuslar üçün nəzərdə tutulan ərazidən gəldiyini bildiriblər.


Şahidlərin sözlərinə görə, xəstəxana ərazisinə xəstələri güc yolu ilə sakitləşdirmək üçün xüsusi təyinatlı polis dəstəsi gətirilib.


Respublika Psixonevroloji Xəstəxanasının baş həkimi Həsən Rəsulov «Novosti-Azərbaycan» agentliyinə bu informasiyanı təsdiqləyib.


Həkim deyib ki, xəstəxanada yaşayan məhbuslar xəstələrin birinin üzərində yerindəcə məhkəmə qurmaq istəyiblər. İşçilər buna mane olmaq istədikdə isə, məhbuslar qiyam qaldırıblar. Xəstəxana rəhbərliyi onları sakitləşdirmək üçün polis çağırmaq məcburiyyətində qalıb. Polislər məhbuslara qarşı «xüsusi addımlar» ataraq onları ayrı-ayrılıqda kameralara yerləşdiriliblər. Baş həkimin verdiyi məlumata görə, bu zaman yaralanan, həlak olan və qaçan olmayıb.


Bakı Şəhər Prokurorluğundan isə «Trend»ə bildirilib ki, Ruhi Əsəb Dispanserində stasionar müalicə alan bir qrup xəstə işıqların sönməsinə etiraz olaraq xəstəxananın şüşələrini, texniki avadanlıqları sındırıb.


Xəstəxananın əməkdaşları xəstələrin etirazının qarşısını ala bilmədiyi üçün hadisə yerinə polisin xüsusi təyinatlı dəstəsi çağırılıb.


Polisin müdaxiləsindən sonra ruhi xəstələrin qiyamı yatırılıb. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı Sabunçu rayon prokurorluğu araşdırma aparır.



Günün bütün mövzuları

XS
SM
MD
LG