Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:16

«Gürcüstandakı prezident seçkisi nümunə olmadı»


Brayza deyir ki, bəzi pozuntulara baxmayaraq, Amerika seçkinin nəticələrini qəbul edib
Brayza deyir ki, bəzi pozuntulara baxmayaraq, Amerika seçkinin nəticələrini qəbul edib

Gürcüstan parlament seçkilərini azad və ədalətli keçirsə, bu onu NATO-ya potensial üzvlük istiqamətində irəli apara bilər. Amerika dövlət katibi müavinin köməkçisi Metyu Brayza belə deyib.


Brayza bildirib ki, Gürcüstandakı prezident seçkisi başqa ölkələrin nümunə götürə biləcəyi model olmadı. Amma bəzi qanun pozuntularına baxmayaraq, Amerika bu seçkinin nəticələrini qəbul edib.


Bu ölkədə prezident seçkiləri 2008-ci ilin yanvarında keçirilib. Hazır ki dövlət başçısı Mixail Saakaşvili yenidən prezident seçilib.


Gürcüstanda müxalifəti bu nəticə ilə razılaşmır. Müxalifət hakimiyyətə xəbərdarlıq edib ki, fevralın 15-dən kütləvi aksiyalara başlaya bilər.


Gürcüstan Xalq Partiyasının lideri Koba Davitaşvili deyib ki, hakimiyyətlə danışıqlar çox uzandı, onlar real nəticə istəyirlər, boş söz yox. Gürcüstan müxalifəti tələb edir ki, Mərkəzi Seçki Komissiyasının sədri istefa versin, noyabr mitinqlərində həbs olunanlar azadlığa buraxılsınlar.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG