Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:26

«Siyasi opponentlərin belə bəyanatlar yaymasının səbəbləri var»


«Siyasi opponentlər seçki ilində Azərbaycanda sabitliyi görmək istəməyən insanlardır»
«Siyasi opponentlər seçki ilində Azərbaycanda sabitliyi görmək istəməyən insanlardır»

«Bu fərziyyələrə cavab versəm, özümü onların səviyyəsinə endirmiş olaram. Mən siyasətlə məşğul olmuram. Bu səbəbdən də siyasi oponentlərim yoxdur. Cənab prezidentin iqtisadi siyasətini həyata kecirən icraçıyam».


İqtisadi İnkişaf naziri Heydər Babayev son zamanlar bir sıra yerli mətbuat orqanlarında ünvanına səslənən ittihamlara cavab verərkən belə deyib.


Onun sözlərinə görə, hökumətin siyasi opponentlərinin belə bəyanatlar yaymasının səbəbləri var. «Bu il seçki ilidir. Hökumətin və iqtidarın siyasi opponentlərini qıcıqlandıran əsas məsələ Azərbaycanın prezident İlham Əliyevin rəhbərliyi altında qazandığı nailiyyətlərdir».


Heydər Babayev deyir ki, siyasi opponentlər seçki ilində Azərbaycanda sabitliyi görmək istəməyən insanlardır:


«Həmin insanlar mövcud olmayan yalançı problemləri qabardıb əhalinin diqqətini cəlb etmək istəyirlər. Əvvəlki illərdə olduğu kimi bu il də istəklərinə nail ola bilməyəcəklər. Əhali arasında əhval-ruhiyyə göstərir ki, hökumətin nailiyyətlərini artıq hər bir şəxs hiss edir».


Son vaxtlar yerli mətbuat orqanlarında H.Babayevin nəzarətində olduğu deyilən bir sıra biznes qurumlarında yoxlamalar aparıldığı və onların bağlandığı bildirilir. Nazirin özünün isə yaxın zamanlarda tutduğu vəzifədən azad ediləcəyi yazılır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG