Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:52

Əmək pensiyalarının siğorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalanıb


Prezident İlham Əliyev əmək pensiyalarının siğorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam verib. Sənədə əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) istehlak qiymətləri indeksinin səviyyəsi nəzərə alınmaqla, 2008-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin sığorta hissəsinin artırılmasını təmin etməlidir.


DSMF həmçinin fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirməlidir.


Hazırda Azərbaycanda minimum pensiya məbləği 60 manatdır.


XS
SM
MD
LG