Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:39

«Nəticə gözləmək hələ tezdir»


Türkmənistan prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Xoşgəldi Babayev
Türkmənistan prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Xoşgəldi Babayev

«Azərbaycan və Türkmənistan ekspertləri Xəzərin statusu ilə bağlı danışıqlarda nəticəyə gələ bilməyiblər». Bunu Türkmənistan prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Xoşgəldi Babayev fevralın 6-da Bakıda apardığı danışıqlardan sonra «Azadlıq» radiosuna deyib: «Hansı nəticələr ola bilər? Nəticə gözləmək hələ tezdir».


Türkmənistan nümayəndə heyəti Azərbaycan ekspertləri ilə danışıqlarında Xəzərin dibinin orta xətt üzrə bölünməsini müzakirə ediblər. Azərbaycan tərəfi bildirir ki, görüşdə müvafiq normativ hüquqi sənədlər də nəzərdən keçirilib. Müzakirələr fevralın 7-də davam etdiriləcək.


Xarici İşlər nazirinin müavini Xələf Xələfov isə «Azadlıq» radiosuna deyib ki, iki ölkənin mövqelərinin uyğunlaşdırılmasına yönələn ümumi yanaşmalar bəlli olub.


Türkmənistanla Azərbaycan Xəzərin statusu üzrə danışıqları 2005-ci ilin sonunda dayandırmışdı. Amma Qurbanqulu Berdımuxammedov prezident seçiləndən sonra müzakirələr bərpa olundu.


Hər iki tərəf dənizin milli sektorlarının orta xətti üzrə bölünməsini vacib saysa da, mövqelərdəki fərq orta xəttin koordinatlarının müəyyən edilməsindədir.


Xüsusilə də Azərbaycanda «Kəpəz», Türkmənistanda isə «Sərdar» adlandırılan neft yatağının taleyi ilə bağlı mübahisələr hələ də aktual olaraq qalır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG