Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:45

200-ə yaxın insanı AIDS-ə yoluxdurmaqda təqsirləndirilən şəxsə hökm oxunub


Fevralın 6-da Nəsimi Rayon Məhkəməsi AIDS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) xəstəliyinə yoluxmuş 17 yaşlı yeniyetmə haqda hökm çıxarıb. Həmin şəxs Cinayət Məcəlləsinin immunçatışmazlığı virusuna yoluxdurma maddəsi ilə təqsirli bilinib. Məhkəmə onu 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Bu müddətin 7 ayını yeniyetmə artıq çəkib, qalan müddəti isə o, cəzaçəkmə müəssisəsində keçirəcək.


Rəsmi ittihama görə, yeniyetmə cinsi yolla 200-ə yaxın insanı QİÇS-ə yoluxdurub. Bu zaman o, müştəriləri xəstəliyi barədə xəbərdar etməyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG