Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:53

BP 5 min əməkdaşın işdən çıxarıldığını elan edib


Şirkətdən bildiriblər ki, gözlənilən ixtisarlar Azərbaycan layihələrinə aid olmayacaq

Şirkətdən bildiriblər ki, gözlənilən ixtisarlar Azərbaycan layihələrinə aid olmayacaq

Böyük Britaniyanın ən iri neft şirkəti və dünyanın ən iri neft şirkətlərindən biri olan British Petroleum bütün dünya üzrə 5000 əməkdaşını işdən çıxardığını elan edib. Gələcəkdə inzibati aparatın 20%-ə qədər ixtisar edilməsi planlaşdırılır, bu barədə fevralın 6-da Londonun «Times» qəzeti xəbər yayıb.


Buna səbəb gəlirin azalmasıdır. Neftin bir barelinin təxminən 100 dollar təşkil etməsinə baxmayaraq, keçən il dünyanın üçüncü neft nəhənginin xalis gəliri 22% - 11,3 milyard avroya qədər azalıb. Bu zaman dünyanın ən iri neft şirkəti-Amerikanın Exxon Mobile şirkəti 2007-ci ildə üç dəfə artıq (28 mlrd. avro), İngiltərə-Hollandiyanın Shell şirkəti isə, demək olar ki, iki dəfə çox (19,7 milyard avro) gəlir əldə edib.


Enerji daşıyıcılarının qiymətinin artması BP üçün neft hasilatının artırılmasına əlverişli şərait yaradıb. Lakin marketinq şöbələri və xammal emalı üzrə biznes şirkətə ziyan vurub. Şirkət rəhbəri Toni Şeyvord səbəblərdən biri kimi Amerika neft emalı zavodlarının etibarsızlığını göstərib. Bununla belə, BP ilin yekunlarına görə dividentləri 31% artıra bilib.


Azərbaycanda BP üç ən iri enerji layihəsinin – «Azəri-Çıraq-Günəşli» neft yatağı, «Şahdəniz» qaz yatağı və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin operatorudur. Azərbaycanda bu şirkətə ümumilikdə 2000-ə yaxın adam işləyir, onlardan 1500-ü ölkə vətəndaşlardır.


«BP-Azerbaijan»ın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı ştatların ixtisarı haqqında məlumatı şərh edərkən bildirib ki, gözlənilən ixtisarlar Azərbaycan layihələrinə aid olmayacaq.(Turan)


Günün bütün mövzuları

XS
SM
MD
LG