Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:11

İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü


Konfederasiya 2003-cü ildə də İlham Əliyevin namizədliyini irəli sürmüşdü

Konfederasiya 2003-cü ildə də İlham Əliyevin namizədliyini irəli sürmüşdü

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 2008-ci il prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edib.


Qərar həmkarların fevralın 5-də keçirilən III qurultayında verilib. Qurultaya sədrlik edən Səttar Mehbalıyev bildirib ki, toplantıda 420 nümayəndədən 412 nəfərin iştirak edib.


Mehbalıyev bildirib ki, AHİK 1993-cü ildə yaradılıb. 25 sahə həmkarlar ittifaqını, 3 sahə federasiyasından ibarət 28 həmkarlar ittifaqı təşkilatını və 1,6 milyona yaxın əməkçini özündə birləşdirir.


Qurultay fevralın 6-da işini yekunlaşdıracaq.


Konfederasiya 2003-cü ildə də İlham Əliyevin prezidentliyə namizədliyini ilk olaraq irəli sürmüşdü.


Günün bütün mövzuları

XS
SM
MD
LG