Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:54

ABŞ Azərbaycana ayrılan yardımı artırıb


2009-cu ildə Birləşmiş Ştatların büdcəsi 3.1 trilyon dollar olacaq
2009-cu ildə Birləşmiş Ştatların büdcəsi 3.1 trilyon dollar olacaq
ABŞ prezidenti Corc Buşun Konqresə göndərdiyi 2009-cu ilin büdcə layihəsində Azərbaycana ayrılan yardım 1 milyon dollar artırılıb. Bu il üçün Azərbaycana 18 milyon yarım dollar ayrılmışdısa, gələn il bu rəqəm 19.5 milyon dollar olacaq.

Ermənistana ayrılan birbaşa yardımlar isə gələn il iki dəfədən çox azalacaq. Yerevan 2008-ci ildəki 58 milyon dolların əvəzinə, 2009-cu ildə 24 milyon dollar alacaq. Gürcüstana ayrılan yardım isə demək olar ki sabit qalır. Gələn il də bu ölkəyə 52 milyon dollar ayrılması nəzərdə tutulub.


Layihəyə görə, gələn il Azərbaycan və Ermənistanın hər birinə 3 milyon dollar hərbi yardım ayrılacaq. Bundan əlavə, Azərbaycan ordusunun texniki təhcizatı və təlimlərinə 900 min, Ermənistana isə bundan üç dəfə az yardım ediləcək. 2009-cu ildə Cənubi Qafqaz ölkələri arasında ABŞ-dan ən böyük hərbi yardımı da Gürcüstan alacaq - 11 milyon dollar.


Ümumilikdə prezidentin Konqresə göndərdiyi layihədə 2009-cu ildə Birləşmiş Ştatların büdcəsi rekord həcmdə - 3.1 trilyon dollar olacaq.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG