Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:46

«Seçki Məcəlləsinin yeni variantı parlamentə təqdim olunub»


Şöbə müdiri Seçki Məcəlləsində hansı dəyişikliklərin edildiyini açıqlamayıb

Şöbə müdiri Seçki Məcəlləsində hansı dəyişikliklərin edildiyini açıqlamayıb

«Seçki Məcəlləsinin yeni variantı parlamentə təqdim olunub və yəqin ki, yaxın günlərdə müzakirəyə çıxarılacaq» - bunu jurnalistlərə açıqlamasında Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.


Onun sözlərinə görə, Seçki Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı Azərbaycan hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyası və digər beynəlxalq təşkilatlar arasında razılıq əldə olunub.


Şöbə müdiri Seçki Məcəlləsində hansı dəyişikliklərin edildiyini açıqlamayıb.


Beynəlxalq təşkilatlar və müxalifət seçki komissiyalarının formalaşdırılması ilə bağlı prinsiplərin dəyişdirilməsini istəyir. Hakimiyyət isə bununla razılaşmır. Dövlət rəsmiləri bildirirlər ki, məcəlləyə nəzərdə tutulan dəyişikliklər texniki xarakterlidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG