Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:41

Məktub niyə yetişmir?...


«Bəzi məhkumlar yazışma, ailə üzvləri görüşmədə problemlər olduğunu deyirlər»

«Bəzi məhkumlar yazışma, ailə üzvləri görüşmədə problemlər olduğunu deyirlər»

«Ömürlük məhkumlar məktublarının ünvanına çatmamasından şikayətlənir»-, bu barədə «Ekspress» yazıb.


Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin aparatı qapalı tipli cəzaçəkmə müəssisələrində saxlanma şəraiti ilə bağlı bir sıra tövsiyələrlə çıxış edib. Məlumatı ombudsmanın aparatından yayıblar.


Məlumatda bildirilir: «Bəzi məhkumlar yazışma, ailə üzvləri və yaxınları ilə görüş və digər məsələlərdəki problemlərin mövcudluğunu bildiriblər».


Bundan başqa, Qobustan həbsxanasının cərimə izolyatoruna baxış zamanı məlum olub ki, orada saxlanılan şəxslər rejim qaydalarının pozulması, qadağan olunmuş əşyaların saxlanılmasına görə cəzalandırılıb: «Qobustan qapalı cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilə söhbət zamanı məlum olub ki, bəzi məhkumların yaxınları onların yanına ziyarətlərin sayının artması ilə əlaqədar buraxılmır». Həbsxana rəhbərliyi isə bildirib ki, məhkumların yazışmalarında heç bir problem yoxdur.


«Yeni Müsavat» sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin infarkt keçirdiyini yazır.


Vəkili İsaxan Aşurov qəzetə bildirib ki, sabiq nazirlə bağlı yeni bir məlumat əldə edib: «Mənim məlumatıma görə, fevralın 4-ü səhər saat 5 radələrində onun vəziyyəti kəskin pisləşib, buna görə həkim çağırılıb və onun kritik vəziyyətdən çıxarılması üçün türkəçarə tədbir görülüb».


«Vəkilləri sabiq nazirin səhhətinin pisləşməsi və arzuolunmaz hadisələrin baş verə biləcəyinə dair aidiyyəti qurumlara hər hansı bir müraciət ediblərmi» sualına İsaxan Aşurovun cavabı belə olub: «Bəli, belə bir müraciət hələ 31 yanvarda Fərhad Əliyevin digər vəkilləri Elton Quliyev və Ramiz Məmmədov tərəfindən ünvanlanıb. Mən də oxşar müraciət tərtib edərək Milli Təhlükəsizlik Nazirliyinə göndərmişəm».


«Sankt-Peterburq Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin humanitar sahədə hər bir layihəsini dəstəkləməyə və Rusiyanın şimal paytaxtında fəal işləməsi üçün hər cür şərait yaratmağa hazırdır». Bu sözləri Sankt-Peterburqun qubernatoru Valentina Matviyenko deyib. «Yeni Azərbaycan» yazır ki, Rusiya humanitar sahədə fondun fəaliyyətinin genişlənməsini arzuolunan hesab edir.



Günün bütün mövzuları

XS
SM
MD
LG