Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:31

Mirzə Sakit yenidən aclığa başlayıb


Mirzə Sakit narkotik maddə saxlama ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib

Mirzə Sakit narkotik maddə saxlama ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib

«Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakit yenidən aclıq aksiyasına başlayıb. Bu haqda «Azadlıq» radiosuna onun həyat yoldaşı Rəna Zahidova məlumat verib. Zahidovanın sözlərinə görə, fevralın 3-də Mirzə Sakitlə birlikdə cəza çəkən məhbuslardan birinin qohumu ona zəngə edərək jurnalistin ayaqlarının tutulduğunu və onun aclıq aksiyasına başladığını bildirib.


Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Mehman Sadıqov «Azadlıq» radiosuna müsahibəsində Mirzə Sakitin aclıq aksiyasına başladığını təsdiq edib: «Onu müayinədən keçirən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin mütəxəssisləri deyirlər ki, jurnalist cəzaçəkmə müəssisəsində də müalicə oluna bilər».


Mirzə Sakit saxlanma şəraitinin pis olduğunu və müalicə müəssisəsinə köçürülməsini tələb edir. O, ötən həftə də bu tələblə aclıq etmişdi. Həmin vaxt Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin həkimləri onu müayinə edərək son qərar verəcəklərini dedikdən sonra jurnalist aksiyanı dayandırmışdı.


Mirzə Sakit narkotik maddə saxlama ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, 14 saylı cəsaçəkmə müəssisəsində saxlanır.


Günün bütün mövzuları

XS
SM
MD
LG