Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:46

Avropa Birliyi Bakıdan demokratiya sahəsində inkişaf gözləyir


«Demokratikləşmə sahəsində Azərbaycanın region üçün model olmasını istəyirik»

«Demokratikləşmə sahəsində Azərbaycanın region üçün model olmasını istəyirik»

«Xüsusilə bəzi məsələlər bizi bu ölkədə işimizi davam etdirməyə həvəsləndirir. Bunlardan biri həbs olunan jurnalistlərin azad edilməsidir. Əminik ki, Azərbaycan demokratik prosesləri davam etdirəcək».


Bunu fevralın 4-də Bakıda danışıqlar aparan Avropa Birliyinin «üçlüyü» - AB-nin komissarı Benito Ferrero Valdner, qurumun indiki sədri Dimitri Rupel və gələn il birliyə rəhbərlik edəcək Fransanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Jak For bəyan ediblər.


Dimitri Rupel deyir ki, Azərbaycanın Avropa Qonşuluq Siyasəti çərçivəsində üzərinə götürdüyü öhdəliklərə necə əməl etməsi Brüsseldə diqqətlə izlənilir.


Benito Ferrero Valdner isə deyir ki, Avropa Birliyi Azərbaycandan demokratiya sahəsində inkişaf gözləyir: «Demokratikləşmə sahəsində Azərbaycanın region üçün model olmasını istəyirik».


Valdnerin sözlərinə görə, Azərbaycanda iqtisadi sahədə bir sıra islahatlar olsa da, əsas məsələ – biznes mühitinin asanlaşdırılması sual olaraq qalır: «Qarşılıqlı proqramımızda enerji məsələsi çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın iqtisadiyyatında neft və qaz gəlirləri mühüm yer tutur. Bizim üçün çox vacibdir ki, neft gəlirləri şəffaf və balanslaşdırılmış şəkildə istifadə olunsun. Xüsusilə də kasıblığın qarşısının alınmasında bunu vacib hesab edirik».


«Üçlük» bəyan edib ki, gündəlikdə olan ən vacib məsələlərdən biri Avropanın enerji təhlükəsizliyidir. Avropa Birliyi Azərbaycanı xüsusi ilə Transxəzər və NABUCCO layihələrini dəstəkləməyə çağırıb.


Valdner deyir ki, Avropa Transxəzəri reallaşdırmaq üçün Azərbaycan-Türkmənistan münasibətlərini həvəsləndirməyə çalışacaq. Bu layihənin müzakirəsi məqsədilə Mərkəzi Asiya üzrə də «üçlük» təyin ediləcək: «Artıq Qazaxıstanla və Azərbaycanla əməkdaşlıq memorandumumuz var. Türkmənistanla da olacaq. Əmin olmaq istəyirik ki, bu məsələ bir yerdə dayanmayacaq».


Xarici İşlər naziri Elmar Məmmədyarov isə bildirir ki, əgər Orta Asiya ölkələri Azərbaycanın enerji infrastrukturundan istifadə etmək istəsələr, Bakı əməkdaşlığa hazırdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG