Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:20

«Azərbaycanda hər irəliləyişin arxasında geriləmə görürük»


«Demokratiya sahəsində inkişaf iqtisadiyyatda olduğu kimi sürətli olmalıdır»

«Demokratiya sahəsində inkişaf iqtisadiyyatda olduğu kimi sürətli olmalıdır»

Bunu Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel «Azadlıq» radiosuna müsahibəsində deyib. Herkel və digər məruzəçi Yevgeniya Jivkova fevralın 4-də Bakıda hüquq müdafiəçiləriylə görüşüblər.


Məruzəçilər deyirlər ki, onların diqqət mərkəzində saxladıqları məsələlər siyasi məhbus, Seçki Məcəlləsi, «Sərbəst toplaşma azadlığı haqqında» qanunla bağlıdır.


«Siyasi məhbuslar, jurnalistlərin azadlığı məsələsi son illər xüsusilə qaldırılır, əvvəllər bunlar böyük problem deyildi. Demokratiya sahəsində inkişaf iqtisadiyyatda olduğu kimi sürətli olmalıdır»-, bunu Andres Herkel deyib.


Görüşdə iştirak edən hüquq müdafiəçilərindən Səidə Qocamanlı bildirir ki, həmməruzəçilər səfərdən sonra məruzə hazırlayacaqlar. «Andres Herkel deyib ki, seçkiyə qədər Azərbaycanda bəzi məsələlərin-siyasi məhbus, mətbuat azadlığı, Seçki Məcəlləsiylə bağlı məsələlər həllini tapsaydı yaxşı olardı».


Günün bütün mövzuları

XS
SM
MD
LG