Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:22

AŞPA həmməruzəçiləri Bakıda üç məsələni müzakirə edəcəklər


Bakıya səfərlərinin nəticəsi olaraq həmməruzəçilər hesabat hazırlayacaqlar

Bakıya səfərlərinin nəticəsi olaraq həmməruzəçilər hesabat hazırlayacaqlar

«Azərbaycan hakimiyyəti prezident seçkisinə qədər üç məsələni həll etməlidir: Seçki qanunvericiliyinin və «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunun təkmilləşdirilməsi, jurnalistlərin həbsi və siyasi məhbuslar problemi».


Bunu «Azadlıq» radiosuna müsahibəsində Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel bildirib.


A. Herkel və digər həmməruzəçi - Yevgeniya Jivkova bu məsələləri fevralın 4-8-də Bakıda müzakirə edəcəklər.


Herkel deyir ki, siyasi məhbus üzrə məruzəçinin təyini məsələsi «xüsusi mövzudur». Konkret qərar Bakıda aparılacaq danışıqlardan və hadisələrin inkişafından asılı olacaq:


«Mən bir neçə dəfə bu barədə demişəm. Vaxt azdır və hər keçən gün Azərbaycanın nüfuzunun əleyhinə işləyir. Hakimiyyətdə oturanlar anlamalıdırlar ki, siyasi məhbuslar məsələsi ölkə üçün mənfi tendensiyalar yaradır. Qərar vermək üçün biz hadisələrin inkişafını gözləyirik».


Bakıya səfərlərinin nəticəsi olaraq həmməruzəçilər AŞPA-da hesabat hazırlayacaqlar. Herkel deyir ki, vəziyyət düzəlməsə, Azərbaycanın məsələsi apreldə, yaxud iyun ayında AŞPA-nın plenar iclasında müzakirəyə çıxarıla bilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG