Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:03

Milli Məclis tarixi araşdıran komissiya yaratmaq istəyir


Fevralın 1-də Milli Məclisin yaz sessiyası başlayıb
Fevralın 1-də Milli Məclisin yaz sessiyası başlayıb

«Bu yaxınlarda prezident bölgələrdə olarkən Azərbaycan torpaqlarının Ermənistana verilməsi ilə bağlı məsələ qaldırdı. Hesab edirəm ki, parlament buna laqeyd qalmamalıdır». Deputat Siyavuş Novruzov Milli Məclisin fevralın 1-də keçirilən iclasında belə deyib.


YAP-çı deputat təklif edir ki, Azərbaycan Xalq Cümhuriyyəti yaranan zaman İrəvan şəhərinin Ermənistana paytaxt kimi verilməsi səbəbləri araşdırılmalı və bunun üçün komissiya yaradılmalıdır. Siyavuş Novruzov deyir ki, bu «Ermənistanın Naxçıvana qarşı iddialarına cavab olar».


Parlamentin spikeri Oqtay Əsədov deputatın təklifi ilə razılaşıb. «Bu komissiya operativ şəkildə yaradılmalı və martın 31-nə kimi öz rəyini açıqlamalıdır».


Prezident İlham Əliyev yanvarın 17-də Ağdamın Quzanlı qəsəbəsində çıxışında bildirib ki, Xalq Cümhuriyyəti 1918-ci ildə Azərbaycanın tarixi şəhəri olan İrəvanı Ermənistana siyasi mərkəz yaratmaq üçün verib. Prezident bunun səhv olduğunu vurğulayıb.


Müsavat deputat qrupundan olan millət vəkili Arzu Səmədbəyli 2008-ci ildə Xalq Cümhuriyyətinin 90, sabiq prezident Əbülfəz Elçibəyin isə 70 illik yubileylərinin olacağını bildirib. O, təklif edib ki, Bakı Dövlət Universitetində Cümhuriyyətinin qurucularından olan Məmməd Əmin Rəsulzadənin adı bərpa olunsun. Deputatın fikrincə, «Eks-prezidentlər haqqında qanun» qəbul edilməli, Elçibəyin də xatirəsinin əbədiləşdirilməsi üçün tədbirlər görülməlidir.


Məsələyə münasibət bildirən parlamentin spikeri Oqtay Əsədov deyib ki, bu təkliflər bir ay əvvəldən təqdim olunmalı idi ki, yaz sessiyasının iş planına daxil edilsin.



AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG