Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:27

Yazdığı yazıya görə jurnalist həbs olunmamalıdır


«Diffamasiya haqqında» qanun layihəsində vəziyyətdən çıxış yolları göstərilib
«Diffamasiya haqqında» qanun layihəsində vəziyyətdən çıxış yolları göstərilib

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədri Əli Hüseynov bildirib ki, Cinayət Məcəlləsindəki 147 və 148-ci maddələrin subyekti jurnalistlər deyil. Lakin bəzən KİV işçiləri jurnalist fəaliyyətinə görə həmin maddələrlə (diffamasiya) ittiham olunurlar. Deputatın fikrincə, jurnalist öz sözlərinə görə, söylədiyi fikrə görə həbs oluna bilməz.


«Üç nöqtə» ölkənin bir çox qəzet redaktorlarının məsələyə münasibətini öyrənib.


Millət vəkili Aqil Abbas təhqirə görə yalnız cərimələnmənin tərəfdarı deyil: «Hər bir cəza etdiyi əmələ görə olmalıdır. Əgər bir jurnalist kimisə söyüşləri ilə təhqir edibsə, onda pulla cəzalandırılmalıdır? Onda hamımız cibimizə pul qoyaq, söyüşün qiymətlərini müəyyənləşdirək. Sonra da başlayaq söyüşə görə pul ödəməyə. Belə olmaz. Axı niyə jurnalist kimisə təhqir edir ki? Yanlış məlumata görə jurnalistə cəza da, cərimə də düşmür. Hansısa məmur telefona cavab vermir, jurnalist də yanlış məlumat yazır. Bu başqa məsələ. Burda təhqirdən söhbət getmir».


«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu jurnalistlərin cəzalandırılması haqqında bütün çağırışları pisləyir: «Bu düzgün yanaşma deyil. Jurnalistləri cəzalandırmaq yox, onlarla münasibətləri normallaşdırmaq lazımdır. Jurnalistlərin yüksək məbləğdə cəzalandırılması media-hakimiyyət münasibətlərinin çözülməsi deyil. Düzdür, şərəf və ləyaqətə görə cəza olmalıdır. Amma bu çağırışlar vasitəsilə olmamalıdır. Biz «Diffamasiya haqqında» qanun layihəsini hökumətə təqdim etmişik. Orada vəziyyətdən çıxış yolları göstərilib. Sadəcə diffamasiya dekriminallaşdırılmalıdır».


«Həyatımda ikinci Elçibəyi itirdim». Millət vəkili Fazil Qəzənfəroğlu «Gün səhər»ə müsahibəsində belə deyib.


Deputat azyaşlı oğlunun və qayının dəm qazından zəhərlənərək ölümünü cinayət hadisəsi hesab edir:


«Elementar cinayət hadisəsidir, burada hansısa soba məsələsi ortalıqda deyil. Avropada heç vaxt qazdan zəhərlənmə hadisəsi olmur. Zəhərlənən isə 5-6 saata özünə gələ bilir. Bizdəki iki dəqiqənin içərisində qazın tərkibində olan zəhərli maddənin hesabına baş verən hadisədir. Hamamda pəncərə açıq, yuxarı hissədə isə hətta geniş yer də var. Mənim aldığım məlumata və qonşularımın dediyinə görə, həmin zaman sakinlərə verilən qazı qəflətən artırıblar. Görünür, fəsad buradan başlayıb. Amma mən bu məsələnin üzərinə çox getmədim. Bəlkə də buna mənim şəxsi faciəm fonunda bir sunami və ya fəlakət kimi baxıla bilərdi. Hər halda cəmiyyətin silkələnməsindən hiss etdim ki, sanki paytaxtda yayda uçmuş binanın modelində yeni bir faciə baş vermişdi. Cəmiyyətin müxtəlif təbəqələrinin məsələyə həssas, gözlədiyimdən də artıq duyuğusal yanaşması göstərdi ki, cəmiyyətdə insana verilən dəyərə yenidən baxılmalıdır. Yəni sən qaz verəndə də, bina və körpü tikəndə də insanı düşünmürsən; bir sözlə, öz əməlində insan amilini fikirləşmirsən. Bu baxımdan düşünürəm ki, məsələ cəmiyyət masştabında ciddi reaksiya doğurdu».


«Afrika taunu Azərbaycana Gürcüstandan yayılıb»-, bu barədə «Yeni Azərbaycan» yazıb.


Dövlət Baytarlıq Xidməti son üç gündə Afrika taunu xəstəliyinin yayılması ilə əlaqədar Qəbələdə 115 başdan artıq donuzu yandırıb. Nic kəndində elan edilmiş karantin tədbirləri hələ bir neçə gün davam etdiriləcək. Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənovun bildirdiyinə görə, donuz saxlayan bütün fərdi təsərrüfatların və fermaların rəhbərlərinə heyvanları qapalı şəraitdə saxlamaq barədə xəbərdarlıq olunub.


«İ.Həsənov Azərbaycanda virusun yayılma səbəblərinə gəlincə, bildirib ki, Afrika taununun Gürcüstandan gətirilən yem vasitəsilə yayılması ehtimalı daha böyükdür. Digər bir versiya ondan ibarətdir ki, xəstəlik çöl donuzları vasitəsilə yayılıb».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG