Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:15

Dövlət səhiyyə müəssisələrində xidmət yenə pulludur


Fevralın 1-dən bütün dövlət səhiyyə müəssisələrində tibbi xidmətlər pulsuz olacaq

Fevralın 1-dən bütün dövlət səhiyyə müəssisələrində tibbi xidmətlər pulsuz olacaq

Fevralın 1-dən dövlət səhiyyə müəssisələrində bütün tibbi xidmətlər pulsuzdur. Səhiyyə naziri Oqtay Şirəliyev dövlət büdcəsindən maliyyələşən və nazirliyin strukturuna daxil olan müalicə-profilaktika müəssisələrində əhaliyə göstərilən pullu tibbi xidmətin ləğvinə dair əmr imzalayıb.


Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirli «Azadlıq» radiosuna bildirib ki, vətəndaşların şikayətləri ilə bağlı «qaynar xətt» yaradılıb.


Bundan başqa, şikayəti olanlar Səhiyyə Nazirliyinin internet saytına da yaza bilərlər.


Nazirlikdən deyiblər ki, dövlət büdcəsi genişləndiyindən və səhiyyənin maddi-texniki bazası gücləndiyindən pullu xidmətdən imtina olunub.


Baş çəkdiyimiz 1 saylı doğum evində baş həkim dedi ki, artıq onlarda bütün tibbi xidmətlər pulsuzdur:


- Bir burda duranlardan soruşun, görün, kimsə ultrasəs müayinəsi üçün pul veribmi?


Mən elə baş həkimin dediyi kimi də etdim. Müayinə otağından çıxanları bir-bir danışdırmağa başladım. Ancaq baş həkimin yanında yox, çöldə. Müayinədən çıxan ər-arvad:


- 10 manat ödədik.


- Bilirdinizmi ki, bu gündən dövlət tibb müəssisələrində xidmət pulsuzdur?


- Xəbərimiz yox idi, amma ödədik.


- Axı televiziyada, radioda deyirlər.


- Nə bilim, istədilər, biz də verdik.



Bəs, bu qərarı həkimlər necə qarşılayırlar? Doğum evlərinin birində adının çəkilməsini istəməyən ginekoloq deyir ki, bundan sonra həkimlərin vəziyyəti çox çətin olacaq. Onun sözlərinə görə, bu qərardan əvvəl yaxşı olardı ki, həkimlərin maaşı qaldırılaydı.


Ayda 200 manata yaxın maaş alan 4 saylı xəstəxananın baş həkimi Fikrət Zeynalov isə bildirir ki, bundan sonra həkimlər adamların qarşısında alnıaçıq olacaq, yersiz qınaqları eşitməyəcəklər.


Bəs, 100-150 manatla həkimlərin alnıaçıq, firavan həyat sürməsi mümkündürmü? Klinik Tibbi Mərkəzin həkimi Loğman Əliyev deyir ki, əgər kimsə yaxşı dolanmaq istəyirsə, bir neçə yerdə işləməlidi.


Söhbətləşdiyim insanlar isə düşünürlər ki, xəstəxanalarda bu qərara uzaqbaşı bir-iki ay əməl olunacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG